Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

“Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevin işi fırıqdı. Başı futbolçu transferinə, müştərilərini müxtəlif klublara yerləşdirməyə elə qarışıb ki, “göyərçinlər”ə vaxt ayırmaq imkanı yoxdu.
 
Rəfiyevi daha çox milli məşqçiləri narahat edir. 3 komandamıza əcnəbi çalışdırıcıları o gətirib və hamısı da indi onun ətəyindən yapışıb. Riad onlarla anlaşanda başqa vəd veribmiş, indi isə AFFA məşqçilərlə fərqli davranır.
 
Əsas millinin baş məşqçisi Nikola Yurçeviç müqavilə bağlayarkən yalnız millinin toplanışları vaxt ölkəmizə gələcəyini vəd edibmiş. İl ərzində 5 dəfə 3 həftəlik Bakıya gəlməyə söz verən xorvat indi jurnalistlərin “niyə vətəninizdəsiz” suallarından narahatdı. O, Azərbaycanda görünməməsinə görə şəxsinə yönələn tənqidlərdən məmnun deyil. AFFA rəhbərliyi də ictimai qınağı nəzərə alıb onu Bakıya çağırdığından, Nikola Riada şikayət etməyi lazım bilib.
 
Təbii ki, Yurçeviçin narahatlığının səbəbi var. 1 milyon avroluq müqavilə bağlayarkən o, bu şərtlərlə razılaşıb və alacağından müəyyən faizi kimlərəsə güzəştə gedib. İndi də həmin adamlardan onu müdafiə etmələrini istəyir, çünki müqavilə ilə nəzərdə tutulan pulun hamısı özünə çatmır və bu səbəbdən cəmi 15 həftəlik işə razılaşıblar. Yurçeviçin xorvat köməkçiləri bu şərtlərlə çalışır, ona görə də kiçik məbləğə qane olublar.
 
U-21 millimizin baş məşqçisi Milan Obradoviçin dərdi başqadı. Serb mütəxəssis ona ildə 5 dəfə beynəlxalq yoldaşlıq görüşünün keçiriləcəyinin vəd edildiyini, indi isə buna əməl olunmadığını bildirir. Məşqçi Lixtenşteynə də bu səbəbdən uduzduqlarını bəhanə edir. O, seçmə mərhələ matçı öncəsi istədiyi sınaq matçlarının keçirilmədiyini, yalnız əsas milli ilə sıradan yoldaşlıq görüşü keçirildiyini bildirir.
 
U-15 və U-16 millilərinin baş məşqçisi, aşağı yaş qrupu üzrə yığmaların koordinatoru Miloş Velebit də Rəfiyevi vədini yerinə yetirməməkdə ittiham edir. Milli komandalar üçün ildə 5 təlim-məşq toplanışı keçirilməsi vədini alan mütəxəssis indi aldadılır.
 
Təbii ki, eyni vaxtda 7-8 işlə məşğul olan Rəfiyevin indi bu vəziyyətə düşməsi tam normaldı. Bütün məsələlərdə yalnız öz qazancını düşünən menecer-prezident hamını yola verməklə məşğuldu. Hamıyla birlikdə futbolumuzu da yola verir və uçurumla aşağı yuvarlanırıq.(futbolinfo)
 
Tarix: 22 İyul [12:10]
Oxunub: 51 dəfə
Müəllif: Aut.az

AFFA-nın fotoaparat almağa gücü çatmır? - FOTO

Aut.az

SORĞU: “Neftçi”də nə baş verir? Çıxış yolu nədir?

Aut.az

Fanat(lar) öyrədilmir, futbolda həyatı öyrədir!

Aut.az

"Sumqayıt" - "Səbail" oyununun təyinatında dəyişiklik

Aut.az

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Aut.az

“Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

Aut.az

“Qarabağ” - “Linfild” matçının biletləri satışda

Aut.az

“Keşlə”də kadr dəyişikliyi

Aut.az

Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

Aut.az

Ozan Can Kökçü rəsmən "Sabah"da!

Aut.az