“Qarabağ” Avroliqada kimlə qarşılaşa bilər? - BU GÜN

Bu gün Avropa Liqasının Çempionlar yolunda 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Çempionlar Liqasından bu turnirə yuvarlananların potensial rəqibləri bilinəcək.

Bakı vaxtı ilə saat 14:25-də başlayacaq mərasimdə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin 10 cütü, Avropa Liqasının Çempionlar yolunun 2-ci təsnifat mərhələsinin 9 cütü, eyni zamanda “Sarayevo” qatılacaq.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – “Dandalk” cütünün məğlubu da potensial rəqibini tanıyacaq. Ümumiyyətlə, ÇL-in 2-ci mərhələsinin məğlubları bu turnirdə daha əvvəl uduzan, ancaq Avropa Liqasında 3-cü raunda adlayanlarla qarşılaşacaq.

Avropa Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu

1-ci qrup

TNS (Uels) - Kopenhagen (Danimarka) cütünün məğlubu
Saburtalo (Gürcüstan) - Dinamo (Xorvatiya) cütünün məğlubu
ÇFR (Kluj, Rumıniya) - Makkabi (Təl-Əviv, İsrail) cütünün məğlubu
Sutyeska (Monteneqro) - APOEL (Kipr) cütünün məğlubu
Srvena Zvezda (Serbiya) - HİK (Finlandiya) cütünün məğlubu
Tre Penne (San-Marino) - Suduva (Litva) cütünün qalibi
Pyast (Polşa) - Riqa (Latviya) cütünün qalibi
Ararat (Ermənistan) - Linkoln (Cəbəllütariq) cütünün qalibi
Valyur (İslandiya) - Lüdoqorets (Bolqarıstan) cütünün qalibi
HB Torshavn (Farer adaları) - Linfild (Şimali İrlandiya) cütünün qalibi

2-ci qrup
Seltik (Şotlandiya) - Nomme Kalyu (Estoniya) cütünün məğlubu
BATE (Belarus) - Rusenborq (Norveç) cütünün məğlubu
Dandalk (İrlandiya) - Qarabağ (Azərbaycan) cütünün məğlubu
Maribor (Sloveniya) - AIK (İsveç) cütünün məğlubu
Ferensvaroş (Macarstan) - Valletta (Malta) cütünün məğlubu
Sarayevo (Bosniya və Herseqovina)
Partizani (Albaniya) - Şerif (Moldova) cütünün qalibi
Slovan (Slovakiya) – Ferronikeli (Kosovo) cütünün qalibi
Santa Koloma (Andorra) - Astana (Qazaxıstan) cütünün qalibi
Şkendiya (Makedoniya) - Düdelanj (Lüksemburq) cütünün qalibi

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

Tarix: 22 İyul [11:10]
Oxunub: 33 dəfə
Müəllif: Aut.az

"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan qovdurdu - FOTOLAR

Aut.az

Azərbaycanlı menecer macar futbolçuları izləyəcək

Aut.az

Qanalı futbolçu "Neftçala"nı xatırladı

Aut.az

UEFA-dan Bakıya 70 nəfər gəldi

Aut.az

“Qəbələ”dən “Sumqayıt”a

Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az