Messi üzr istədi

Argentina millisi və "Barselona"nın kapitanı Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) rəsmi şəkildə üzr istəyib.
Bu barədə Argentinanın "La Nacion" nəşri məlumat yayıb. 32 yaşlı futbolçunun bəyanatının bu gün yerli futbol federasiyası tərəfindən sözügedən quruma göndərildiyi bildirilib. Üzrxahlıq mesajında federasiya nümayındələrinin izahlı şərhləri də yer alıb. Onların sözlərinə görə, Messi CONMEBOL-dakı rüşvət iddiaları haqda danışarkən rəsmi şəxsləri deyil, hakimləri nəzərdə tutub. Həmçinin federasiya hesab edir ki, Leo sözügedən məsələyə görə günahlandırılmamalıdır. Çünki o, həmin vaxt gərgin psixoloji durumda olub.
"La Nacion" nəşrinin iddiasına görə, CONMEBOL Messi ilə bağlı intizam işini bağlayacaq. Bu isə o deməkdir ki, forvard həm cəzadan, həm də cərimədən xilas olacaq.
Qeyd edək ki, qurum haqda ittihamlarına görə Messinin 2 il müddətinə millinin oyunlarından kənarlaşdırması gündəmdə idi.
Tarix: 21 İyul [15:30]
Oxunub: 26 dəfə
Müəllif: Aut.az

Messi sağaldı

Aut.az

Mamayevin arvadını aldadıb 75 minini ələ keçirdilər

Aut.az

"Bavariya"nın "Barselona"ya ödəyəcəyi məbləğ açıqlandı

Aut.az

"Qarabağ"ın sabiq futbolçusu "Partizani"yə keçir

Aut.az

Xorvatiyanın millimizlə oyun üçün heyəti - SİYAHI

Aut.az

“Real”ın sabiq üzvü istefaya göndərildi

Aut.az

Futbol tarixinin ən bahalı 30 transferi - SİYAHI

Aut.az

"Monako" İkardi üçün 65 milyon verir

Aut.az

Vüqar Əsgərov oynadı

Aut.az

Renat Dadaşov oynamadı

Aut.az