Prezidentin mühafizəçisi futbolçunu vəhşicəsinə döydü - FOTOLAR

Klub prezidentinin mühafizəçisi futbolçunu döyüb.
 
Hadisə Türkiyədə baş verib.
 
2-ci liqada çıxış edən "Fethiyespor"un formasını geyinən Halil İbrahim Pekşen klub prezidenti İsmail Öztürkün mühafizəçisi tərəfindən vəhşicəsinə döyülüb.
 
Futbolçu bu barədə "Fanatik"ə danışıb: "Klubun mənə borcu var idi. Mövsüm başa çatandan sonra qarşılıqlı anlaşma şəkilində yollarımızı ayırmaq istədik. Bu səbəbdən 225 min lirə borcumun cəmi 75 mininin ödənilməsinə razılaşdım. Bu məbləği alandan sonra müqaviləni pozmalı idik. Bununla bağlı prezident İsmail Öztürk və vitse-prezident Esat Bakırcı ilə anlaşmamız olmuşdu. Məni kluba çağırdılar. Amma hər şeyi əvvəlcədən planlayıblar. Prezident və vitse-prezident "Pulunu indi gətirib verəcəklər" deyərək ordan ayrıldılar. Lakin prezidentin mühafizəçisi gəldi və təhdid edərək pulu almadan müqaviləni pozmağımı istədi. Bunu qəbul etmədiyim üçün otaqda hücum edib məni döydü, zorla sənədlərə imza atdırdı". 
 
Artıq futbolçu tibbi ekspertizadan keçərək döyülməsi ilə bağlı arayış alıb.
 
 
 



Tarix: 21 İyul [14:30]
Oxunub: 28 dəfə
Müəllif: Aut.az

Messi sağaldı

Aut.az

Mamayevin arvadını aldadıb 75 minini ələ keçirdilər

Aut.az

"Bavariya"nın "Barselona"ya ödəyəcəyi məbləğ açıqlandı

Aut.az

"Qarabağ"ın sabiq futbolçusu "Partizani"yə keçir

Aut.az

Xorvatiyanın millimizlə oyun üçün heyəti - SİYAHI

Aut.az

“Real”ın sabiq üzvü istefaya göndərildi

Aut.az

Futbol tarixinin ən bahalı 30 transferi - SİYAHI

Aut.az

"Monako" İkardi üçün 65 milyon verir

Aut.az

Vüqar Əsgərov oynadı

Aut.az

Renat Dadaşov oynamadı

Aut.az