“Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Dandalk” İrlandiya çempionatının növbəti turunda da meydana çıxmayacaq.

Sözügedən komandanın 27-ci turda “Sent Patriks Atletiks” klubu ilə səfər oyunu təxirə salınıb. “Dandalk” bununla Ağdam klubu ilə matçlara daha yaxşı hazırlaşmaq məqsədi güdür. İyulun 26-da keçirilməli olan qarşılaşmanın vaxtı dəyişdirilib.

Xatırladaq ki, “Dandalk”ın iyulun 19-da 26-cı tur çərçivəsində keçirilməli olan “Kork Siti” ilə oyunu da "Riqa" ilə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşünə görə təxirə salınmışdı.

“Qarabağ”la "Dandalk" arasında ilk oyun iyulun 24-də İrlandiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab matçı isə 1 həftə sonra "Dalğa Arena"da baş tutacaq və yerli vaxtla 21:00-da start götürəcək.

Tarix: 21 İyul [12:00]
Oxunub: 30 dəfə
Müəllif: Aut.az

Messi sağaldı

Aut.az

Mamayevin arvadını aldadıb 75 minini ələ keçirdilər

Aut.az

"Bavariya"nın "Barselona"ya ödəyəcəyi məbləğ açıqlandı

Aut.az

"Qarabağ"ın sabiq futbolçusu "Partizani"yə keçir

Aut.az

Xorvatiyanın millimizlə oyun üçün heyəti - SİYAHI

Aut.az

“Real”ın sabiq üzvü istefaya göndərildi

Aut.az

Futbol tarixinin ən bahalı 30 transferi - SİYAHI

Aut.az

"Monako" İkardi üçün 65 milyon verir

Aut.az

Vüqar Əsgərov oynadı

Aut.az

Renat Dadaşov oynamadı

Aut.az