İlham Əliyev Avropa Olimpiya Komitələrinin rəhbərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçi qəbul edib.
 
Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirib. Yanes Kosyançiç XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu tədbirin böyük önəm daşıdığını və gələcək Olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq prosesi olduğunu deyib. Yanes Kosyançiç Azərbaycanın beynəlxalq idman aləmində güclü mövqelərə malik olduğunu deyərək bu işlərdə İlham Əliyevin rolunu xüsusi vurğulayıb.
 
Xoş sözlərə görə minnətdarlığını bildirən İlham Əliyev Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi ilə bağlı hazırlıq işlərinin tamamlandığını qeyd edib və bu tədbirin önəmini vurğulayıb. Dövlət başçısı idmanın Azərbaycanda prioritet sahələrdən biri olduğunu bildirərək idmançılarımızın beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandığını və Azərbaycanda mühüm beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini qeyd edib.
 
Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.
 
Tarix: 20 İyul [15:40]
Oxunub: 29 dəfə
Müəllif: Aut.az

Milli komandamıza müvəqqəti baş məşqçi təyin olundu

Aut.az

Milli komandamız Sloveniyaya qalib gəldi

Aut.az

Günün oyunları - TV

Aut.az

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı

Aut.az

Günün oyunları - TV

Aut.az

Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib

Aut.az

Günün oyunları - TV

Aut.az

Azərbaycan əhalisinin neçə faizi idman edir? - STATİSTİKA

Aut.az

Azərbaycanlı gənc idmançı Rusiyada faciəvi şəkildə öldü

Aut.az

Futbolçu davamlı zədələr üzündən intihar etdi

Aut.az