"Daha bir neçə transfer etmək istəyindəyik" - Emin Abbasov

"Sabah"ın idman direktoru Emin Abbasov növbəti mövsümə hazırlığın gedişini dəyərləndirib.  
Açıqlama verən heyəti gücləndirmək üçün çalışmaları davam etdirdiklərini bildirib:  
 
"Hazırlığın arxada qalan dönəmində "Zirə" və "Sumqayıt"la yoldaşlıq görüşlərində qələbə qazandıq. Bu dövrdə futbolçular yüklənmədə olurlar və məşqçilər nəticədən çox, başqa nüanslara diqqət yetirirlər.  
 
Lakin artıq indidən müəyyən işartıları görmək olur və qarşıdakı mövsümdə "Sabah"ın görkəmi barədə təsəvvür formalaşır.  
 
Heyətimizdə milli komandaya 6-7 namizəd futbolçu var, yeni gələn legionerlər də get-gedə uyğunlaşırlar.   Amma bütün mövsümü yaxşı səviyyədə keçirmək üçün hər xətdə rəqabət olmalıdı, Heç olmasa, 16-17 nəfər səviyyəli futbolçu olmalıdı məşqçinin ixtiyarında.  
 
Bunu nəzərə alaraq, daha bir neçə transfer etmək istəyindəyik. Amma bunu oyunçu gətirmək xatirinə yox, konkret bizə kömək edəcək oyunçular gətirməklə etmək fikrindəyik".(Sportinfo)
Tarix: 19 İyul [15:00]
Oxunub: 117 dəfə
Müəllif: Aut.az

"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan qovdurdu - FOTOLAR

Aut.az

Azərbaycanlı menecer macar futbolçuları izləyəcək

Aut.az

Qanalı futbolçu "Neftçala"nı xatırladı

Aut.az

UEFA-dan Bakıya 70 nəfər gəldi

Aut.az

“Qəbələ”dən “Sumqayıt”a

Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az