Gürcüstan idmançılarına Dağlıq Qarabağda keçiriləcək “turnir”də iştirakı qadağan etdi

Gürcüstanın erməni əsilli idmançılarının VII "Panermənistan oyunları”nın Azərbaycanın işğal altındakı ərazilərində təşkil olunacaq açılış mərasimi və yarışlarda iştirakı qadağan olunub.
 
Bu barədə Samtsxe Cavaxeti bölgəsi üzrə informasiya mərkəzi məlumat yayıb.
 
Axalkalaki rayonundan olan 50-yə yaxın idmançı "Panermənistan oyunları”nın yalnız Ermənistanda keçiriləcək yarışlarına qatılacaqlar. Qondarma "Dağlıq Qarabağ Respublikası”nda təşkil olunacaq armrestlinq və şahmat üzrə yarışlarda iştirak edəcək 7 idmançı komanda heyətindən çıxarılıb.
 
Axalkalaki bələdiyyəsinin təhsil, mədəniyyət, idman və gənclərlə iş üzrə xidmətinin rəisi Valeri Stelmaşov bildirib ki, idmançılar yalnız Ermənistanda keçiriləcək yarışlarda iştirak edəcəklər: "Bəzi səbəblərə görə biz açılış mərasimində iştirak edə bilməyəcəyik”.
 
Qeyd edək ki, "Panermənistan oyunları”nın rəsmi açılış mərasimi avqustun 6-da Ermənistanın işğalı altında olan Xankəndi şəhərində keçiriləcək. Avqustun 17-dək davam edəcək yarışlar Ermənistanla yanaşı, Azərbaycanın işğal olunmuş ərazisində də təşkil olunacaq.
Tarix: 18 İyul [18:45]
Oxunub: 23 dəfə
Müəllif: Aut.az

Milli komandamıza müvəqqəti baş məşqçi təyin olundu

Aut.az

Milli komandamız Sloveniyaya qalib gəldi

Aut.az

Günün oyunları - TV

Aut.az

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı

Aut.az

Günün oyunları - TV

Aut.az

Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib

Aut.az

Günün oyunları - TV

Aut.az

Azərbaycan əhalisinin neçə faizi idman edir? - STATİSTİKA

Aut.az

Azərbaycanlı gənc idmançı Rusiyada faciəvi şəkildə öldü

Aut.az

Futbolçu davamlı zədələr üzündən intihar etdi

Aut.az