Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - Gözlənilməz zəng

Portuqaliyalı məşqçi Joze Mourinyo "Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Dundalk"ın baş məşqçisi Vinni Perti təbrik edib.
Bu, İrlandiya təmsilçisinin 1-ci təsnifat mərhələsində "Riqa"nı (Latviya) penaltilər seriyasında 5:4 məğlub etməsindən sonra baş verib. "Sky Sports"un sabiq müxbiri Endi Bartonun təşəbbüsü ilə hər iki məşqçi arasında telefon danışığı olub. Perti qələbə münasibəti ilə təbrik edən portuqaliyalı mütəxəssis onunla bir neçə dəqiqə söhbət edib.
 
"Dundalk"ın baş məşqçisi gözlənilməz telefon zəngi ilə bağlı bunları deyib: "Mourinyodan zəng gəldi. Mən ilk dəfə səsi eşitdiyim zaman emosional idim. O, mənim qəhrəmanımdır. İnsanların son illər onun haqda nələr danışdığını bilirəm. Ancaq Mourinyo mənim üçün hər zaman bir qəhrəmandır".
Tarix: 18 İyul [18:15]
Oxunub: 24 dəfə
Müəllif: Aut.az

"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan qovdurdu - FOTOLAR

Aut.az

Azərbaycanlı menecer macar futbolçuları izləyəcək

Aut.az

Qanalı futbolçu "Neftçala"nı xatırladı

Aut.az

UEFA-dan Bakıya 70 nəfər gəldi

Aut.az

“Qəbələ”dən “Sumqayıt”a

Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az