"Həyatını bir peşəyə sərf edib, sonra da kağız parçası kimi..." - Quliyev

Azərbaycan futbolunda özünəməxsus yer tutan Kamal Quliyev Səbuhi Məmmədlinin yazısından sonra bir anda yada düşdü. Hazırda işsiz olan, futbolda xidmətindən yararlanmaq əvəzinə kənarda saxlanılan Quliyevə bundan sonra təklif gəlib-gəlmədiyi maraqlı idi. Bu üzdən onunla əlaqə saxlayıb son durumunu öyrəndik.
 
Veteran futbolçu Sport7.az-a açıqlamasında bunları söylədi: "Xeyr, nə AFFA-dan nə də başqa klubdan təklif olmayıb. Ancaq Naxçıvan Muxtar Respublikasının rəhbər işçilərindən biri mənimlə əlaqə saxlamışdı. Naxçıvanda futbolun inkişafı ilə bağlı danışdıq. Yalnız telefonla əlaqələrimiz olmuşdu. Bunları həyata keçirmək üçün heç bir maneə yoxdu. Hər hansı komandanı formalaşdırmaq üçün demirəm, ümumiyyətlə, Azərbaycanda futbolun inkişafı ilə bağlı əlimdə böyük bir layihə var. Bu layihə uşaq futbolundan tutmuş əsas komandaya qədər bütün yaş qruplarının, futbolçuların məşqlərinin tək-tək izlənmələri və sair məsələlərlə var. Bunu nəinki Premyer Liqada, istənilən akademiyada həyata keçirmək olar. Ümumilikdə Muxtar Respublikanı nəzərdə tuturuqsa, komandalarda, futbol məktəblərində həmin proqramı tətbiq etmək mümkündü. Görüşüb bu haqda söhbət edəcəyimizlə bağlı danışdıq. Sadəcə olaraq hələ ki, xəbər yoxdu. Yəqin rəhbərliyin başları müəyyən məsələlərə qarışıb. Bunun da bir vaxtı gələr, görüşərik. Naxçıvandan təklif gözləyirəm".
 
Kamal bəy Naxçıvandan təklif gözləsə də, artıq "Araz Naxçıvan"ın baş məşqçisi müəyyənləşib. Komanda Əsgər Abdullayevə həvalə olunub. Bəs Quliyevə hanzı vəzifədə çalışmaq təklif edilmişdi? Ümumiyyətlə, ona başqa klublardan da təklif olmuşdumu?: "Mənə baş məşqçi işi təklif etmişdilər. Kənardan uşaq gəlməyəcəkdi. Sırf Naxçıvan futbol məktəbinin yetirmələrinin olacağı söylənilmişdi. Əsas odu ki, rəhbərlik istəsin, şərait yaradılsın. Qalan işlərlə bağlı heç bir problem yoxdu. Başqa iş təklifləri almamışdım. Hələ ki, bekaram, kənardan izləyirəm futbolumuzda baş verən prosesləri. Yəqin ki, futbolumuz yüksək səviyyədədi, heç nəyə ehtiyac yoxdu".
 
Məlum olduğu kimi, ölkənin tanınmış veteran futbolçularından olan Nazim Süleymanov yeni yaratdığı Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı ilə bağlı görüşlər keçirir. Bölgələrdə veteran futbolçularla görüşür. Bəs Kamal bəylə danışığı olubmu? Yaxud gələcəkdə o Süleymanovla görüşməyi planlaşdırırmı?: "Səhv etmirəmsə, Səmədağa Şıxlarov mənə də zəng vurmuşdu. Sadəcə, həmin vaxt ölkə xaricində idim. Mən də onların bu işini dəstəkləyirəm. Sırf həyatını bir peşəyə sərf edib, sonra da kağız parçası kimi kənara atılmağa nə ad vermək olar? Əlbəttə, veteranların futbol sahəsində müəyyən iş yerlərində çalışması məqsədəuyğundu. Futbol sahəsində olmamış birilərinin çalışmasındansa, futbolda belə veteranların olması əlbəttə ki, daha yaxşıdı. Sağ olsunlar ki, belə addım atırlar, təşkilat yaradırlar. Ancaq onlar tək deyil, federasiya nəzdində olmalıdı. Arxalarında dövlət, yaxud AFFA dayanmalıdı. Çünki bunun maliyyələşməsi filan var".
 
Quliyev "Niyə futbolda olmamalıyam?" deyərək narazılığını bu cür dilə gətirdi: "Bunu anlaya bilmirəm. Niyə görə mən olmamalıyam? Kimin əməyi, zəhməti varsa çalışmalıdı. Bunlar düşünmürlər ki, biz futbolu hansı səviyyədən hara gətirdik. Müharibə şəraitində futbol oynayırdıq.  Bizlər futbolu bu yerlərə qədər daşıdıq. Keçirdiyim oyunlar, çıxışlarım, o cümlədən sərbəst işlədiyim vaxtlar, baş məşqçilik fəaliyyətim,  hamısı göz qabağındadı".
Tarix: 18 İyul [15:30]
Oxunub: 86 dəfə
Müəllif: Aut.az

"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan qovdurdu - FOTOLAR

Aut.az

Azərbaycanlı menecer macar futbolçuları izləyəcək

Aut.az

Qanalı futbolçu "Neftçala"nı xatırladı

Aut.az

UEFA-dan Bakıya 70 nəfər gəldi

Aut.az

“Qəbələ”dən “Sumqayıt”a

Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az