Çempionlar Liqası: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları başlamamış UEFA III raundun püşkünü atacaq. İyulun 22-də komandalar potensial rəqiblərini biləcəklər.
 
II mərhələdə İrlandiyanın “Dandolk” klubu ilə üz-üzə gələcək Azərbaycan təmsilçisi də mümkün rəqib(lər)ini tanıyacaq. UEFA artıq reytinqlərinə uyğun olaraq komandaları/cütlükləri səbətlərə bölüb.
 
“Qarabağ” – “Dandolk” cütü səpələnməmişlər sırasında yer alacaq. Bu cütün güclüsü olan Azərbaycan təmsilçisi reytinqinə görə 12 komanda arasında 8-ci olduğundan ikinci “6-lıq”da qərarlaşıb. “Qarabağ” İrlandiya klubunu keçəcəyi təqdirdə daha güclü komandalardan biri ilə üz-üzə gələcək.
 
Çempionlar Liqası, III təsnifat mərhələsi
 
Səpələnmişlər: “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi, TNS (Uels) – “Kopenhagen” (Danimarka) cütünün qalibi, “Saburtalo” (Gürcüstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi, BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi, “Sutyeska” (Monteneqro) – APOEL (Nikosiya, Kipr) cütünün qalibi
 
Səpələnməmişlər: PAOK (Yunanıstan), “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi, “Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi, “Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi, CFR (Rumıniya) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi, Ferensvaroş (Macarıstan) – “Valetta” (Malta)
Tarix: 18 İyul [13:50]
Oxunub: 45 dəfə
Müəllif: Aut.az

"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan qovdurdu - FOTOLAR

Aut.az

Azərbaycanlı menecer macar futbolçuları izləyəcək

Aut.az

Qanalı futbolçu "Neftçala"nı xatırladı

Aut.az

UEFA-dan Bakıya 70 nəfər gəldi

Aut.az

“Qəbələ”dən “Sumqayıt”a

Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az