“İrlandiyadan sərfəli hesabla dönməliyik” - Abdullayev

“Qarabağ”ın yarımmüdafiəçisi Araz Abdullayev UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu “Partizani”yə qarşı keçirdikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

O, 2:0 hesabıyla qalib gəldikləri matla bağlı öncə bunları söyləyib:

- Bilirdik ki, bu komanda intizamlı müdafiə olunur. Belə müdafiəni yarmaq asan deyil. Ancaq komanda şəklində bunu bacardıq.

- Qol vura bilməməyiniz sizi həyəcanlandırmırdı?
- Komanda daxilində danışmışdıq ki, qol vurmasaq, sona qədər sakit və səbirli olaq. 

- Ötən mövsüm “Vorskla” ilə oyunda da hücumçu kimi çıxış etmişdin. Bu mövqeydə özünü narahat hiss etmirsən?
- Xeyr, məşqçilər harda desə, həmin mövqeydə özümü doğrultmağa çalışıram. Rəqib çox müdafiə olunurdu və çalışırdım ki, daha çox boş hissə buraxsınlar.

- 2-ci təsnifat mərhələsində İrlandiyanın “Dandolk” klubu ilə qarşılaşacaqsız. “Riqa”nı arzu edirdiniz, yoxsa “Dandolk”u?
- Mərhələ keçən klublar ciddi rəqbilərdi. Yaxşı hazırlaşmalı və səfərdən sərfəli hesabla dönməliyik.

- Favorit “Qarabağ” görünür. “Dandolk”u keçəcəyinizə inanırsınız?
- Çalışacağıq ki, bunu bacaraq. Öncədən danışmaq istəməzdim. Qələbə üçün hazırlaşacağıq. (matc.az)

Tarix: 18 İyul [13:00]
Oxunub: 29 dəfə
Müəllif: Aut.az

"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan qovdurdu - FOTOLAR

Aut.az

Azərbaycanlı menecer macar futbolçuları izləyəcək

Aut.az

Qanalı futbolçu "Neftçala"nı xatırladı

Aut.az

UEFA-dan Bakıya 70 nəfər gəldi

Aut.az

“Qəbələ”dən “Sumqayıt”a

Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az