Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

“Onların məqsədi bəlkə də penaltilərə getmək idi. İlk qoldan sonra oyun açıldı. Əsl ləzzəti orda aldım. Gözəl oyun alındı, “Qarabağ” əla çıxış etdi. Yeni futbolçulardan da razıyam. Güclü “Qarabağ” görürəm. Uğurlu oyun alındı. Bütün komanda yaxşı çıxış etdi. Abdullah Zubirin oyunu ilə adamın lap ürəyi açıldı”.

Bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib. Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın "Partizani" klubunu mübarizədən kənarlaşdırıb. Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran Gözəlin fikrincə, rəqib qapalı futbol oynayırdı:

- Son dəqiqələr daha ürəyinizcə oldu?
- Bəli. Onlar çox qapalı oynayırdı. Qoldan sonra açılmaq məcburiyyətində qaldılar. Qapalı oynayan komandaya qarşı hücum etmək və fürsət yaxalamaq çətin olur. Oyun ilk qoldan sonra başladı.

- 2-ci mərhələdə Latviyanın "Riqa", yoxsa İrlandiyanın "Dandolk" klubu ilə qarşılaşmaq istəyirsiniz?
- İrlandiyaya getmək məncə, xoş olardı. Hər iki komanda ilə oynamağa hazırıq. Bizim üçün fərq etmir. Mənə görə, “Dandolk”la qarşılaşacağıq.

- Qarşınıza Çempionlar Liqasında nə hədəf qoymusunuz?
- Türkiyəli mütəxəssis Taceddin Doğan akademiyamızda koordinatordu. “Qarabağ”da gənc futbolçular yetişdirmək üçün bura gəldi. Bu gün meydanda üç azərbaycanlı oyunçu var idi. Gələcəkdə daha çox yerlilərə üstünlük verməyi arzu edirəm. Taceddin Doğanın bizimlə olması çox mühüm və sevindirici xəbərdir. Yaxşı futbolçularımız var. Yeni transferimiz Maqaye Geye son dəfə “Osmanlıspor”da oynayıb. Məncə, xeyirli olacaq.  Uyğunlaşmaq üçün vaxt lazımdır. Qurban Qurbanovun ən böyük məsuliyyəti odur ki, yeni oyunçuları komandaya tez uyğunlaşdırsın. Allah ona kömək olsun.

- Bu heyət hədəfləriniz üçün kifayətdi?
- Uyğunlaşma tez olsa, kifayətdi. Adaptasiya üçün çox tezdirlər. Yeni oyunçular görək, "Qarabağ"ın oyun sisteminə nə qədər vaxta uyğunlaşacaq. Bu da Qurban Qurbanovun işidi. İnanıram ki, yaxşı olacaq. (matc.az)

 
Tarix: 18 İyul [12:10]
Oxunub: 41 dəfə
Müəllif: Aut.az

"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan qovdurdu - FOTOLAR

Aut.az

Azərbaycanlı menecer macar futbolçuları izləyəcək

Aut.az

Qanalı futbolçu "Neftçala"nı xatırladı

Aut.az

UEFA-dan Bakıya 70 nəfər gəldi

Aut.az

“Qəbələ”dən “Sumqayıt”a

Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az