Bakıda peşəkar voleybolçunu öldürən şəxslə bağlı qərar

Bakıda peşəkar voleybolçu qadını öldürməkdə təqsirləndirilən Namiq Vəkilovun barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.
 
Ali Məhkəmənin hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, N.Vəkilovun kassasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
 
Qeyd edək ki, hadisə 2018-ci ilin fevral ayında Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Həmin ərazidə Qazax rayon sakini N.Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirib.
 
Qadının meyiti Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü A.Vasilyevna Morozovadır. Hadisədən sonra N.Vəkilov saxlanılıb.
 
Xatırladaq ki, qətlə yetirilən qadın peşəkar voleybolçu kimi tanınıb.
 
N.Vəkilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Tarix: 17 İyul [18:00]
Oxunub: 31 dəfə
Müəllif: Aut.az

İdman jurnalisti qətlə yetirilib

Aut.az

UEFA kiberfutbol üzrə Avropa çempionatı keçirəcək

Aut.az

Azərbaycan yığmasının heyətindən 2 oyunçu kənarlaşdırıldı

Aut.az

Günün oyunları - TV

Aut.az

Milli komandamıza müvəqqəti baş məşqçi təyin olundu

Aut.az

Milli komandamız Sloveniyaya qalib gəldi

Aut.az

Günün oyunları - TV

Aut.az

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı

Aut.az

Günün oyunları - TV

Aut.az

Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib

Aut.az