“Qarabağ” yeni transferini rəsmən açıqladı - FOTOLAR

“Qarabağ” heyətini yeni futbolçuyla gücləndirib.

Ağdam təmsilçisi son klubu “Osmanlıspor” olan Maqaya Qeyeni transfer edib. 

Bu barədə klubun rəsmi “facebook” hesabı məlumat yayıb. 29 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları isə hələ açıqlanmayıb. Qeye, “Qarabağ”da 99 nömərli formanı geyinəcək.

Fransada anadan olan Seneqal əsilli forvard “Strasburq”un yetirməsidir. Peşəkar karyerasına da məhz sözügedən klubda başlayan forvard, 2010-cu ildə İngiltərə təmsilçisi “Everton”a satılıb. 2013-cü ildə İngiltərə klubu onu qısa müddətə “Brest”ə icarəyə verib. 2014-cü ildə “Everton”dan İngiltərənin digər klubu “Milluol”a transfer olunub. 2015-ci ildə Türkiyəyə üz tutan Qeye, 2018-ci ilə qədər “Adanaspor”da forma geyinib. Geridə qalan mövsümdə isə o, TFF 1-ci liqada mübarizə aparan “Osmanlıspor”un uğurları üçün çalışıb.

29 yaşlı forvard Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında çıxış etdikdən sonra 2012-ci ildə Seneqalın U-23 yığmasında oynamağa başlayıb. Amma o, bu ölkələrdən heç birinin əsas yığmasına dəvət almayıb.

Tarix: 17 İyul [17:15]
Oxunub: 54 dəfə
Müəllif: Aut.az

Azərbaycan çempionatının bombardiri klubunu dəyişdi

Aut.az

AFFA-nın fotoaparat almağa gücü çatmır? - FOTO

Aut.az

SORĞU: “Neftçi”də nə baş verir? Çıxış yolu nədir?

Aut.az

Fanat(lar) öyrədilmir, futbolda həyatı öyrədir!

Aut.az

"Sumqayıt" - "Səbail" oyununun təyinatında dəyişiklik

Aut.az

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Aut.az

“Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

Aut.az

“Qarabağ” - “Linfild” matçının biletləri satışda

Aut.az

“Keşlə”də kadr dəyişikliyi

Aut.az

Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

Aut.az