"Qarabağ" - "Partizani": neçə bilet satılıb?

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubuna qarşı cavab matçında böyük azarkeş dəstəyinə malik olacaq.

Matç üçün satışa çıxarılan 5000 biletdən 4200-ü sahibini tapıb. Oyunun başlayacağı vaxta kimi bütün biletlərin satılacağı gözlənilir.

Bu gün saat 18:00-dan etibarən "Dalğa Arena"da oyunun bilet satışı başlayacaq.

Digər satış məntəqələrində (Respublika stadionunun kassaları, ASAN 2,3, Gənclik Mall, 28 Mall, Park Bulvar AVM, iticket.az (onlayn)) bilet satışı davam edir.

18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar azarkeşləri daşıyacaq. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaqdır.

Qarşılaşma saat 21:00-da start götürəcək. Komandalar arasında ilk matçda qolsuz heç-heçə qeydə alınıb.
Tarix: 17 İyul [15:15]
Oxunub: 75 dəfə
Müəllif: Aut.az

AFFA-nın fotoaparat almağa gücü çatmır? - FOTO

Aut.az

SORĞU: “Neftçi”də nə baş verir? Çıxış yolu nədir?

Aut.az

Fanat(lar) öyrədilmir, futbolda həyatı öyrədir!

Aut.az

"Sumqayıt" - "Səbail" oyununun təyinatında dəyişiklik

Aut.az

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Aut.az

“Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

Aut.az

“Qarabağ” - “Linfild” matçının biletləri satışda

Aut.az

“Keşlə”də kadr dəyişikliyi

Aut.az

Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

Aut.az

Ozan Can Kökçü rəsmən "Sabah"da!

Aut.az