Latviya klubunda daha bir azərbaycanlı futbolçu

Latviyanın “Dauqavpils” klubu heyətinə daha bir azərbaycanlı futbolçu cəlb edib.

Azərbaycanın U-21 yığmasının və “Neftçi”nin futbolçusu Əli Şirinov sözügedən kluba transfer olunub.

“Dauqavpils” Latviya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Spartak”la qarşılaşmada Əlinin da adını iştirak ərizəsinə daxil edib. Amma futbolçumuz həmin qarşılaşmada debüt şansı qazanmayıb və sonadək ehtiyatda qalıb. Yeri gəlmişkən, gənc müdafiəçinin yeni komandası bu qarşılaşmadan 1:0 hesabıyla qalib ayrılmaqla 1/4 finala yüksəlib.

Qeyd edək ki, “Dauqavpils”də digər azərbaycanlı futbolçu Tural Bayramlı da çıxış edir. Amma o, zədə səbəbindən son oyunlarda komandasına kömək edə bilmir.

“Dauqavpils”də daha öncə millimizin sabiq forvardı Vüqar Əsgərovla Elvin Sərkərov da çıxış edirdi. Vüqar bir neçə gün əvvəl Latviyanın digər klubu “Liepaya”ya transfer olundusa, Elvin ondan xeyli müddət öncə zədə səbəbindən “Dauqavpils”lə yollarını ayırıb.

Tarix: 17 İyul [14:45]
Oxunub: 36 dəfə
Müəllif: Aut.az

AFFA-nın fotoaparat almağa gücü çatmır? - FOTO

Aut.az

SORĞU: “Neftçi”də nə baş verir? Çıxış yolu nədir?

Aut.az

Fanat(lar) öyrədilmir, futbolda həyatı öyrədir!

Aut.az

"Sumqayıt" - "Səbail" oyununun təyinatında dəyişiklik

Aut.az

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Aut.az

“Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

Aut.az

“Qarabağ” - “Linfild” matçının biletləri satışda

Aut.az

“Keşlə”də kadr dəyişikliyi

Aut.az

Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

Aut.az

Ozan Can Kökçü rəsmən "Sabah"da!

Aut.az