"Qalatasaray" daha iki transferi açıqlayır

"Qalatasaray" heyətinə daha iki futbolçu qatır.
 
İstanbul klubu "Fulhem"dən Jean Maykl Seri və "Bursaspor"dan Okan Koçuku transfer edir.
 
İddiaya görə, "Fulhem" Serini "Qalatasaray"a icarəyə verməyə razılaşıb. 27 yaşlı yarımmüdafiəçi özü də türklərlə razılığa gəlib.
 
Okan Koçukun transferi də "Bursaspor"la razılaşdırılıb. Rəsmi müqavilə bu günlərdə imzalanacaq.
 
Qeyd edək ki, "Fulhem" Serini ötən yay "Nitsa"dan 30 milyon avroya alıb. Kot-D`İvuar millisinin üzvü 2018/19 mövsümündə 34 rəsmi oyuna çıxaraq 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
 
Okan Koçuk isə "Bursaspor"un yetirməsidi. 23 yaşlı qapıçı ötən mövsüm 22 rəsmi oyun keçirib.
Tarix: 17 İyul [13:45]
Oxunub: 40 dəfə
Müəllif: Aut.az

Futbol fanatları prodüseri döydü

Aut.az

Futbolçuların işi ağırlaşa bilər! - Daha bir cinayət

Aut.az

"Beşiktaş" "Tottenhem"in futbolçusunu transfer etdi

Aut.az

Emin oynamadı

Aut.az

İstefa verdi

Aut.az

Qalmaq üçün maaşının azaldılmasına razı oldu

Aut.az

Mourinyo 1.4, Qvardiola 1.03 milyard funt-sterlinq

Aut.az

Əliyevin komandası 1/16 finalda

Aut.az

Azərbaycanlı futbolçuların komandaları yarımfinala buraxılmadı

Aut.az

“Qalatasaray”dan PSV-yə - RƏSMİ

Aut.az