Ruslan “Atalanta”da

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

A Seriyası təmsilçisi ukraynalı hücumçu Ruslan Malinovskini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikanın “Genk” klubundan transfer olunan forvardla 5 illik müqavilə imzalanıb.

İtaliya mətbuatı “Atalanta”nın 26 yaşlı futbolçunun transferinə görə 13,7 milyon avro təzminat ödəyəcəyini yazır.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Malinovski, ölkəsində icarə əsasında “Sevastopol” və “Zarya” klublarının da şərəfini qoruyub. 2015-ci ildən isə o, “Genk”də çıxış edirdi. Ukrayna yığmasında 20 oyun keçirən futbolçu 2 qolla yadda qalıb.

Tarix: 17 İyul [12:10]
Oxunub: 35 dəfə
Müəllif: Aut.az

Futbolçuların işi ağırlaşa bilər! - Daha bir cinayət

Aut.az

"Beşiktaş" "Tottenhem"in futbolçusunu transfer etdi

Aut.az

Emin oynamadı

Aut.az

İstefa verdi

Aut.az

Qalmaq üçün maaşının azaldılmasına razı oldu

Aut.az

Mourinyo 1.4, Qvardiola 1.03 milyard funt-sterlinq

Aut.az

Əliyevin komandası 1/16 finalda

Aut.az

Azərbaycanlı futbolçuların komandaları yarımfinala buraxılmadı

Aut.az

“Qalatasaray”dan PSV-yə - RƏSMİ

Aut.az

Avropa Liqasında pley-off mərhələsi başlayır - BU GÜN

Aut.az