Rəmiş Malıyev “Keşlə”dən qovuldu

“Keşlə”də daha bir rəhbər işçi postunu itirib. Klubun icraçı direktoru Rəmiş Malıyev vəzifəsindən kənarlaşdırılıb.
 
Kluba hələ “İnter” adlanan vaxt gələn, paytaxt təmsilçisinin AFFA-nın himayəsinə keçdiyi dövrdə proseslərə nəzarət edən, əsas söz sahibi olan bu şəxs son vaxtlar gözə dəymirdi. Vəzifəsi icraçı direktor olsa da, daha çox AFFA-dan gələn maliyyəyə nəzarət edirdi və klubda heç bir ciddi qərar vermək səlahiyyəti yox idi.
 
Zaur Axundov klubun Müşahidə Şurasının sədri olduğu gündən arxa plana keçən Malıyevin dəqiq hansı postu tutduğu hətta indi də bəlli deyil. Çünki klubun rəsmi saytında bu haqda heç bir məlumat yoxdu. Saytda ümumiyyətlə, heç kim haqda bilgi paylaşılmasına icazə verilməyib – “Keşlə”nin sədri də, prezidenti də, icraçı direktoru da, bəlkə hətta müfafizəçisi, süpürgəçisi də Zaur bəydi. Hər yerdə yalnız onun şəkli möhürlənib. Müşahidə Şurasının tərkibi haqda bölümdə də yalnız bu əlahəzrətin fotosu boylanır.
 
Rəmiş bəyin qovulma səbəbi də - istefaya göndərilməsi kimi - gizlədilir. Bizdə olan bilgiyə görə, kənarlaşdırmanın səbəbi onun klub daxilindən “başqa yerlərə” informasiya sızdırması, bir müddət əvvəl klubda aparılan maliyyə yoxlamalarına səbəbkar olmasıdı.(futbolinfo)
 
 
Tarix: 11 İyul [13:20]
Oxunub: 80 dəfə
Müəllif: Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sumqayıt"ın bütün rəqibləri müəyyənləşdi

Aut.az

Tahir Süleymanov: "Xırda bir təxribat böyük fəlakətlərə yol aça bilər"

Aut.az

"Qəbələ"yə qarşı 8 legionerlə...

Aut.az

"Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

Aut.az

"Şüvəlan" fəaliyyətini dayandırdı

Aut.az

"Dandolk" "Qarabağ"la oyunlar üçün 22 futbolçu sifariş etdi - SİYAHI

Aut.az

“Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti məlum oldu SİYAHI

Aut.az

“Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

Aut.az

"Sabah" Təmkini şərtlə bağışlayıb

Aut.az