Elxan Məmmədovu qovullar

Futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə məğlub olması futbol ictimaiyyəti tərəfindən belə desək, həzm olunmadı. Oyunun gedişində 20-dən çox azarkeş "istefa” şüarını səsləndirdiyi üçün polis bölməsinə aparıldı. Oyundan sonra isə sosial şəbəkələrdə AFFA rəhbərliyi, xüsusilə də, baş katib Elxan Məmmədov tənqid olundu, onun istefası tələb olundu.

Aut.az Komanda.az-a istinadən xəbər verir ki, insanların həm stadionda, həm də sosial şəbəkələrdə "istefa” tələbi nəticəsini verib. Elxan Məmmədova istefa ərizəsini yazmaq tapşırılıb. Bəs baş katib postunu nə vaxt tərk edə bilər? Məsələ burasındadır ki, azarkeşlərin (bura xeyli sayda idman jurnalisti də daxildir) "istefa” şüarları dövlət səviyyəsində narahatlıq yaradıb. Məlum olduğu kimi, sosial şəbəkələr dövlət qurumları tərəfindən daim təqib olunur, izlənilir və istənilən kütləvi narazılığa reaksiya verilir. Elxan Məmmədovun həm stadionda azarkeşlər tərəfindən, həm də sosial şəbəkələrdə istefasının tələb olunması da (bunların üzərinə futbol üzrə milli komandaların bərbad çıxışlarını da gəlin) diqqətdən qaçmayıb. Sadəcə, "istefa” şüarlarından dərhal sonra baş katibin postundan uzaqlaşdırılması belə demək mümkünsə, həssas məsələ olduğu üçün, onun istefasının daha sakit zamanda baş verməsi lazım bilinib.

Yaxın zamanlarda Elxan Məmmədovun AFFA-nın baş katibi postundan getməsi xəbərinin veriləcəyi gözlənilir.

Tarix: 9 İyul [00:10]
Oxunub: 40 dəfə
Müəllif: Aut.az

Aslan Kərimov: "Bunu fikirləşəndə, mənə qorxulu gəlir"

Aut.az

Matçın adamı - SADIQOV

Aut.az

"Qarabağ"ı izləmişəm" - "Dundalk"ın baş məşqçisi

Aut.az

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - Gözlənilməz zəng

Aut.az

Rəşad Sadıqov "Qarabağ"da 80-ə çatdı

Aut.az

“Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

Aut.az

"Həyatını bir peşəyə sərf edib, sonra da kağız parçası kimi..." - Quliyev

Aut.az

Çempionlar Liqası: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri

Aut.az

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Aut.az

"Sumqayıt" loqosunu dəyişdi - FOTO

Aut.az