“Onlar neft satırlar, biz isə pomidor” – “Sperantsa”nın prezidenti

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Sperantsa”nın prezidenti Petru Efros və komandanın baş məşqçisi Kristian Efros şansları dəyərləndirib.

P. Efros maraqlı açıqlaması ilə diqqət çəkib. O, bildirib ki, cütün taleyini baş məşqçilər həll edəcək:
 
“Başa düşmürəm, niyə “Neftçi”ni favorit sayırlar. Onlar neft satırlar, biz isə pomidor. Burada heç bir problem görmürəm. Şanslar bərabərdir. Hər şey Kristian və Bordindən asılıdır. Bordinin sərəncamında güclü futbolçular ola bilər. Amma düşünürəm ki, onlar ən yaxşı deyillər”.

“Sperantsa”nın çalışdırıcısı K. Efros isə üstünlüyün öz tərəflərində olduğunu söyləyib: “Hazırda onların çempionatında fasilədir. Ona görə də rəqibi analiz etmək mənim üçün çətindir. Yoxlama matçlarında gördüklərimə əsasən deyə bilərəm ki, sürətli cinah oyunçularının hesabına hücum futbolu oynamağa çalışacaqlar. Bizim üstünlüyümüz odur ki, Moldova çempionatında hər həftə oyun keçiririk”.

Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında ilk oyun iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq. Hər iki görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Tarix: 8 İyul [17:15]
Oxunub: 35 dəfə
Müəllif: Aut.az

Aslan Kərimov: "Bunu fikirləşəndə, mənə qorxulu gəlir"

Aut.az

Matçın adamı - SADIQOV

Aut.az

"Qarabağ"ı izləmişəm" - "Dundalk"ın baş məşqçisi

Aut.az

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - Gözlənilməz zəng

Aut.az

Rəşad Sadıqov "Qarabağ"da 80-ə çatdı

Aut.az

“Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

Aut.az

"Həyatını bir peşəyə sərf edib, sonra da kağız parçası kimi..." - Quliyev

Aut.az

Çempionlar Liqası: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri

Aut.az

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Aut.az

"Sumqayıt" loqosunu dəyişdi - FOTO

Aut.az