Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 10 medal qazanıb - FOTOLAR

Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.
 
Aut.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan təmsilçiləri yarışı 10 medalla başa vurublar.
 
Gənclər arasında fərdi proqramda çıxış edən Arzu Cəlilova topla hərəkətlərinə görə gümüş, gürzlərlə kompozisiyasında isə bürünc medal qazanıb. Komanda yoldaşı Nərminə Səmədova da lent ilə çıxışına görə sıralamada ikinci olaraq, gümüş medala sahiblənib. Gimnastlarımız həmçinin komanda hesabında da fərqlənərək, qızıl medal əldə ediblər.
 
Qrup hərəkətləri komandalarımız isə bütün mümkün finallarda uğurlu performans nümayiş etdirərək, hər birində medal qazanmağa nail olublar. Belə ki, Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Milana Əkbərova, Mədinə Əsədova və Selcan Hacızadədən ibarət gənc qrup hərəkətləri komandamız hesaba tam 1 dəst medal yazdırıb. Gənc gimnastlarımız çoxnövçülükdə gümüş, halqa ilə kompozisiyalarına görə bürünc, lent ilə çıxışlarına görə isə ən yüksək xalla qızıl medala layiq görülüblər.
 
Böyüklər arasında mübarizə aparan Narın Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Sona Rəhmanovadan ibarət qrup hərəkətləri komandası da çoxnövçülük, top, həmçinin halqa-gürzlərlə çıxışlarına görə bürünc medal qazanıblar. 
Tarix: 1 İyul [12:55]
Oxunub: 37 dəfə
Müəllif: Aut.az

"İsti özbək buzunda" məşq edənlər ilk qələbəsini rəsmiləşdirdi

Aut.az

Ermənilər Bakıya gəlməkdən imtina etdi - Olimpiya Festivalı

Aut.az

İlham Əliyev Avropa Olimpiya Komitələrinin rəhbərini qəbul edib - FOTO

Aut.az

Prezident universiada qalibləri və məşqçiləri üçün mükafat ayırdı - SƏRƏNCAM

Aut.az

Qadın millimizin üzvünə cinayət işi açıldı

Aut.az

Rafael Ağayevlə Hacı Əliyev prezident təyyarəsində - FOTO

Aut.az

Dünyanın ən varlı idmançısı Həbibə yalvarır

Aut.az

Gürcüstan idmançılarına Dağlıq Qarabağda keçiriləcək “turnir”də iştirakı qadağan etdi

Aut.az

Rafael Ağayevə qiymətli hədiyyə - FOTO

Aut.az

Günün oyunları – TV

Aut.az