Leyla Əliyeva Kadırovla görüşündən danışdı: Çox xoş, səmimi, müsbət

İyunun 24-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” nəbatat bağında Azərbaycan Mədəniyyət Günü keçirilib.  Tədbir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGB) tərəfindən bu qurumun 10 illiyi münasibətilə təşkil edilib.  
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva tədbirdə iştirak edib.   Leyla Əliyeva “Vestnika Kavkaza” agentliyinin müxbiri ilə söhbətində iyunun 21-də Minskdə II Avropa oyunları çərçivəsində Çeçenistan Prezidenti Ramzan Kadırovla görüşündən danışıb.   “Qısa, spontan bir görüşümüz oldu. Ramzan Kadırov çox xoş, səmimi, müsbət şəxsdir” deyən RAGB sədri Çeçenistan Prezidentinin onunla görüşündən sonra sosial şəbəkədə Azərbaycanla bağlı yazdığı sözlərə görə məmnun olduğunu bildirib.    Leyla Əliyeva həmçinin, Çeçenistana səfər edə biləcəyinə ümid etdiyini deyib:  “Biz birlikdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsi də daxil olmaqla bir çox sferalarda yaxşı işlər görə bilərik.   Ayrıca qayğıya ehtiyacı olan uşaqlarla birlikdə işləyə bilərik. Ümid edirəm ki, bu respublikaya Heydər Əliyev Fondu adından səfər edə və oxşar sosial layihələrdə iştirak edə bilərəm.   Bilirəm ki, Çeçenistanda musiqini dəyərləndirirlər. Axı musiqi dünyanı daha yaxşı edir. Buna görə də orada konsert də təşkil etmək mümkündür”, - deyə L.Əliyeva vurğulayıb.    Xatırladaq ki, sözügedən görüşdən sonra R. Kadırov Azərbaycanın Çeçenistanın yaxın qonşusu olduğunu və Rusiyaya dost ölkə olduğunu bildirib:   “Ölkələrimiz arasında bütün sahələrdə ən yaxın əlaqələr inkişaf edib. Bunda Azərbaycan və Rusiya liderləri İlham Əliyevlə Vladimir Putinin böyük əməyi var.   Mənim İlham Heydər oğlu ilə son dərəcə mehriban münasibətlərim var. Buna görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdən çox şad oldum.   Leyla İlham qızı çox gözəl təhsil almış, ziyalı qızdır. O, bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib və bu yolda çox böyük uğurlara nail olub.   Bunu Leyla Əliyevanın BMT-nin xoşməramlı səfiri və İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi seçilməsi də sübut edir.   Leyla İlham qızı şeirlər yazır və jurnal redaktə edir. Bütün bunlar Azərbaycanın bütün dünyada müsbət imicinin yaranmasına xidmət edir.   Bu il Leyla Əliyevanı Qroznıda görməkdən, mədəniyyət, idman və humanitar sahələrdə əlaqələri genişləndirməkdən şad olacağıq”.
Tarix: 25 İyun [20:00]
Oxunub: 43 dəfə
Müəllif: Aut.az

Dünyanın ən varlı idmançısı Həbibə yalvarır

Aut.az

Gürcüstan idmançılarına Dağlıq Qarabağda keçiriləcək “turnir”də iştirakı qadağan etdi

Aut.az

Rafael Ağayevə qiymətli hədiyyə - FOTO

Aut.az

Günün oyunları – TV

Aut.az

"Partizani" müdafiə olunmaqdan həzz alırdı" - Qurban Qurbanov

Aut.az

36 yaşlı dünya çempionu öldü

Aut.az

Bakıda peşəkar voleybolçunu öldürən şəxslə bağlı qərar

Aut.az

Günün oyunları – TV

Aut.az

Dünya çempionu öldü

Aut.az

Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarımızın sayı açıqlandı

Aut.az