Yahoviç “Yeni Malatyaspor”da

Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Super Liqa təmsilçisi makedoniyalı hücumçu Adis Yahoviçi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı forvard Türkiyəni Avropa Liqasında təmsil edəcək Malatya klubu ilə 2+1 illik müqaviləyə imza atıb.

Yahoviç geridə qalan mövsümü “Konyaspor”da keçirib. O, 2018-ci ilin yanvar ayında “Göztəpə”dən bu kluba transfer olunmuşdu və Konya təmsilçisi ilə 2020-ci ilə kimi müqavilə bağlamışdı. Makedoniyalı futbolçunun “Konyaspor”dan “Yeni Malatyaspor”a keçidinin digər detalları barədə məlumat verilmir.

“Yeni Malatyaspor” daha öncə “Konyaspor”un digər hücumçusu Morike Fofananı da heyətinə qatmışdı.

 
Tarix: 25 İyun [11:40]
Oxunub: 41 dəfə
Müəllif: Aut.az

"Qalatasaray" Fredi istəyir

Aut.az

“Espanyol”dan rekord transfer

Aut.az

"Mançester Yunayted" Poqbaya vaxt verdi

Aut.az

Yaponiya millisinin üzvü rəsmən "Barselona"da

Aut.az

ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

Aut.az

Fransalı hücumçu “Gənclərbirliyi”ndə

Aut.az

“Sassuolo”dan 3 transfer

Aut.az

Messi şərab istehsalçısı olacaq

Aut.az

AVRO-2020: 19,3 milyon bilet istəyi ilə rekord

Aut.az

Azərbaycanlı futbolçu Qazaxıstanda öldü

Aut.az