Azərbaycanda 1500 manatlıq ölkə çempionu bəlli oldu

Çimərlik futbolu üzrə böyüklər arasında keçirilən Super Liqa turniri başa çatıb.

AFFA-nın dəstəyi, Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 6 komanda mübarizə aparıb.

Final oyununda “Marafon Sabirabad”ı 3:0 hesabı ilə məğlub edən “Zirə” turnirin qalibi olub. Üçüncü yeri isə “Şuşa Qarabağ” üzərində 4:2 hesabı ilə qələbə qazanmış “Neftçi” tutub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə final oyununu idarə etmiş hakimlərə diplomlar təqdim olunub. Elçin Qasımov (“Zirə”) ən yaxşı qapıçı, Orxan Məmmədov (“Marafon Sabirabad”) ən yaxşı oyunçu seçilib. Sabir Allahquliyev (“Zirə”) turnirin bombardiri olub. Federasiyanın vitse-prezidenti Fərid Axundov oyunların canlı yayımını təşkil edən CBC Sport televiziya kanalının baş direktoru Volkan Üstə plaket təqdim edib. Üçüncü yerin sahibi “Neftçi”yə bürünc, “Marafon Sabirabad”a gümüş, “Zirə”yə isə qızıl medallar, diplomlar və kuboklar, eyni zamanda müvafiq olaraq 500, 1000 və 1500 manat pul mükafatı təqdim olunub.

Mükafatlandırma mərasimində Azərbaycan Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Fərid Axundov, çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov, köməkçi məşqçi Hikmət Bağırov, federasiyanın direktoru Rüfət Həsənov, AFFA-nın Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov və CBC Sport televiziya kanalının baş direktoru Volkan Üst iştirak ediblər.

Tarix: 24 İyun [13:00]
Oxunub: 32 dəfə
Müəllif: Aut.az

Aslan Kərimov: "Bunu fikirləşəndə, mənə qorxulu gəlir"

Aut.az

Matçın adamı - SADIQOV

Aut.az

"Qarabağ"ı izləmişəm" - "Dundalk"ın baş məşqçisi

Aut.az

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - Gözlənilməz zəng

Aut.az

Rəşad Sadıqov "Qarabağ"da 80-ə çatdı

Aut.az

“Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

Aut.az

"Həyatını bir peşəyə sərf edib, sonra da kağız parçası kimi..." - Quliyev

Aut.az

Çempionlar Liqası: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri

Aut.az

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Aut.az

"Sumqayıt" loqosunu dəyişdi - FOTO

Aut.az