Əfranın karyerası ilə oynayırlar: Rəfiyev sifariş verir, Axundov yerinə yetirir

AFFA-dan maliyyələşən klubların rəhbərləri bir dəstənin üzvləridi. Onlar bir çox məsələləri öz aralarında həll edir, kiminsə çörəyi ilə oynamağı da lazım bilir. Bu adamlar üçün müqəddəs heç nə yoxdu, əsas öz cibləridi.
 
“Sumqayıt”dan ayrılan Əfran İsmayılov da bu münasibətlərdən əziyyət çəkənlərdən biridi. Millinin üzvünün Riad Rəfiyevin klubuyla vidalaşması ona problem yaradıb. Ötən mövsüm 100 min manat illik maaş aldığı klubun bu il həmin məbləğin yarısını təklif etməsi üzündən “Sumqayıt”ı tərk edən yarımmüdafiəçi indi işsiz qalıb.
 
Məsələ ondadı ki, ilk olaraq “Keşlə” ilə danışıq aparan, hətta müqavilə ilə bağlı razılığa gələn Əfrandan son anda imtina olunub. Səbəb isə Rəfiyevin bakılıların Müşahidə Şurasının sədri Zaur Axundovdan onu komandaya götürməməyi xahiş etməsidi. Həm “Sumqayıt”da qalmadığı, həm də Riadın menecer şirkəti olan “3R”-in müştərisi olmaqdan imtina etdiyi üçün Rəfiyev indi bu futbolçunun karyerası ilə oynayır.
 
Axundovun oğlu boyda olan Rəfiyevin xahişini yerinə yetirməsinin səbəbi təkcə dostluq münasibətləri deyil. Riad AFFA-nın baş katibi Elxan Məmmədovun ən sadiq əlaltılarındandı. Zaur bəy baş katibin gözünə girmək üçün Rəfiyevin istənilən xahişinə “baş üstə” deyir, o dəstədən gələn sifarişi yerinə yetirir.
 
Yaxınlarda Sərtan Taşkının “Keşlə”dən qəfil ayrılıb “Sumqayıt”a üz tutması da eyni ssenari ilə olmuşdu. Rəfiyev futbolçuyla razılaşmış, ardınca təmənnasız buraxılması üçün Axundova ağız açmışdı. Zaur bəy isə “baş üstə” deməkdən başqa variant fikirləşməmişdi. Halbuki “Keşlə”nin özünə cinah müdafiəçisi lazımdı və perspektivli gəncin gedişindən sonra bakılılar İlkin Qırtımovun arxasınca sürünməyə məcbur qalıb. Məşqçilər heyətinin fikri öyrənilmədən istənilən oyunçunu dostlarına peşkəş etməyi yalnız Zaur bəy bacarır.
 
Əfranla bağlı durum da bəllidi. Cütlük dostluq maraqları, eyni dəstənin üzvləri olması səbəbindən istənilən adamın taleyi ilə oynamağı bacarır.(futbolinfo)
 
Tarix: 24 İyun [12:20]
Oxunub: 91 dəfə
Müəllif: Aut.az

Aslan Kərimov: "Bunu fikirləşəndə, mənə qorxulu gəlir"

Aut.az

Matçın adamı - SADIQOV

Aut.az

"Qarabağ"ı izləmişəm" - "Dundalk"ın baş məşqçisi

Aut.az

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - Gözlənilməz zəng

Aut.az

Rəşad Sadıqov "Qarabağ"da 80-ə çatdı

Aut.az

“Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

Aut.az

"Həyatını bir peşəyə sərf edib, sonra da kağız parçası kimi..." - Quliyev

Aut.az

Çempionlar Liqası: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri

Aut.az

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Aut.az

"Sumqayıt" loqosunu dəyişdi - FOTO

Aut.az