İlham Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı

21 iyunda Minskdə start götürəcək II Avropa Oyunlarının açılışı mərasimində iştirak edəcək dünya liderlərinin adları açıqlanıb.  
Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz Minskdə keçirdiyi brifinqdə bildirib ki, təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Salome Zurabişvili, Moldova Prezidenti İqor Dodon, Serbiya Prezidenti Aleksandr Vuçiç, Rusiya Baş Naziri Dmitri Medvedev, Bosniya və Hersoqovina rəyasət heyətinin sədri Milorad Dodik iştirak edəcək.  Onun sözlərinə görə, tədbirdə Çeçenistan Prezidenti Ramzan Kadırovun da iştirakı gözlənilir.   Bundan başqa, mərasimə Mərkəzi Avropa Təşəbbüs Qrupunun Baş katibi Roberto Antonione, YUNESKO-nun baş direktorunun müavini Nad Əl-Nəşif, Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Tiqran Sarkisyan, Baltik dənizi dövlətləri Şurasının baş direktoru Mayra Moyra, Böyük Britaniyanın Ticarət Siyasəti üzrə Dövlət katibi Corc Hollinqberi və və 40-dan çox ölkənin milli olimpiya komitələrinin rəhbərləri qatılacaqlar.  Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.
Tarix: 19 İyun [15:15]
Oxunub: 37 dəfə
Müəllif: Aut.az

Dünyanın ən varlı idmançısı Həbibə yalvarır

Aut.az

Gürcüstan idmançılarına Dağlıq Qarabağda keçiriləcək “turnir”də iştirakı qadağan etdi

Aut.az

Rafael Ağayevə qiymətli hədiyyə - FOTO

Aut.az

Günün oyunları – TV

Aut.az

"Partizani" müdafiə olunmaqdan həzz alırdı" - Qurban Qurbanov

Aut.az

36 yaşlı dünya çempionu öldü

Aut.az

Bakıda peşəkar voleybolçunu öldürən şəxslə bağlı qərar

Aut.az

Günün oyunları – TV

Aut.az

Dünya çempionu öldü

Aut.az

Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarımızın sayı açıqlandı

Aut.az