“Kəpəz” başsız qaldı

 
“Kəpəz” baş məşqçisiz qalıb. Etibar İbrahimov tutduğu postdan istefa verib.
 
Ötən mövsüm komandaya rəhbərlik edən çalışdırıcının bu addımının səbəbi klubun yiyəsiz qalmasıdı. Yarım ildən çoxdu Gəncə təmsilçisinin rəhbərliyi istefa verib, onların yerinə isə heç kim seçilməyib. AFFA maliyyələşdirdiyi kluba yeni Müşahidə Şurası təyin etsə də, onlar işə başlamayıb.
 
Belə ki, şura sədri İslam Abbasov vəzifədən imtina edib, üzvlərdən Vaqif Sadıqov isə qorxusundan Gəncəyə ayaq basmayıb. Belə xaotik durumda “Kəpəz”in yeni mövsümə başlaması sual doğururdu. İbrahimov da vəziyyətin dözülməz olduğunu, komandayla heç kimin maraqlanmadığını görüncə istefa qərarına gəlib.
Tarix: 19 İyun [14:30]
Oxunub: 49 dəfə
Müəllif: Aut.az

Azərbaycan çempionatında klubların sayı artırıldı

aut.az

“Neftçi Mania": “Klub rəhbərliyi istefaya layiq olduğunu bir daha sübut etdi”

aut.az

Mahir Emrelinin bu kluba transferi hər an reallaşa bilər

aut.az

"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan qovdurdu - FOTOLAR

Aut.az

Azərbaycanlı menecer macar futbolçuları izləyəcək

Aut.az

Qanalı futbolçu "Neftçala"nı xatırladı

Aut.az

UEFA-dan Bakıya 70 nəfər gəldi

Aut.az

“Qəbələ”dən “Sumqayıt”a

Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az