Lilay “Qarabağ”ı təriflədi

"Qarabağ" çox keyfiyyətli komandadı, illərdi yüksək səviyyədə çıxış edir. Eyni zamanda böyük büdcəsi var. Bu üzdən "Partizani" üçün olduqca çətin sınaq olacaq" - bu sözlər "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Sabien Lilaya məxsusdu.
 
Albaniya millisinin üzvü yerli mətbuata açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"yə rəqib olan "Qarabağ" barədə məlumat verib. Bu yay "Qəbələ"dən ayrılan 30 yaşlı futbolçu Ağdam klubunun zəif cəhətinin müdafiə xətti olduğunu deyib: "Qarabağ" yüksək keyfiyyətləri olan komandadı. Xüsusən də, yarımmüdafiə xətti güclüdü. Zəif nöqtələri kimi onu deyə bilərəm ki, bəzən müdafiədə boşluqlar buraxır. Həmçinin komandanın konkret qolçusu yoxdu. Ancaq hazırda transfer bazarındakı durumları barədə məlumatım yoxdu. Düzdü, dayandırılmayacaq komanda deyil. Amma "Partizani"nin rəqibi zəif görmək haqqı yoxdu. Məsələn, "Neftçi" çox yaxşı mövsüm keçirməsinə baxmayaraq, yenə də "Qarabağ" çempion oldu. Deməli, "Partizani" onlara qarşı çox yaxşı iki oyun keçirməyə məcburdu".
Tarix: 19 İyun [14:20]
Oxunub: 43 dəfə
Müəllif: Aut.az

"Polislərlə dil tapmaq çətinləşib, futbolçuları tanımırlar" - MÜSAHİBƏ

Aut.az

“Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik” - "Partizani"nin futbolçusu

Aut.az

“Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

Aut.az

“Bakı-Təbriz-Ərzurum”

Aut.az

“Sumqayıt” Türkiyədən hücumçu gətirir

Aut.az

Yunanıstanlı müdafiəçi “Zirə”də

Aut.az

"Qarabağ"da mərakeşli futbolçu - RƏSMİ

Aut.az

Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

Aut.az

“Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

Aut.az

"Neftçi"nin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat aldı

Aut.az