13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Azərbaycan çempionu ilk sınağını "Partizani" önündə verəcək.

Albaniya çempionu “Qarabağ”la qarşılaşmasa da, digər klublarımızla bir neçə dəfə yoldaşlıq oyunlarında üz-üzə gəlib. 1946-cı ildə yaradılmış klub paytaxt Tirananı təmsil edir. Ev oyunlarını 9500 yerlik “Selman Stermasi Stadium”da keçirən “ordu klubu” 16 dəfə Albaniya Super Liqasının, 15 dəfə ölkə kubokunun, 1 dəfə isə Superkubokunun qalibi olub. Komandanı italiyalı Franko Lerda çalışdırır. 2014-cü ildə Antlayda yoldaşlıq oyununda “Neftçi” ilə qarşılaşmış “Partizani” 0:2 məğlub olub, 2017-ci ildə eyni şəhərdəki digər oyunda “Qəbələ”yə 2:1 hesabı qalib gəlib.

Avropa miqyaslı yarışlarda ümumilikdə 56 oyun keçirmiş “Partizani” heç də uğurlu çıxış etməyib. Belə ki, bunlardan cəmi 8-də qələbə qazanan komanda 11 oyunda bərabərlik əldə edib, 37 görüşdə isə məğlubiyyətə üzülüb. Komanda Avropa arenasında son qalibiyyətini 2006-cı ildə İntertoto kubokunda qazanıb. Həmin vaxt öz meydanında Kipr "Etnikos"unu məğlub etsələr də (2:1) ümumi hesabda mübarizəni dayandırıblar. Komandanın ümumi qol fərqi isə -62-yə bərabərdi (34:96). (matc.az)

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyunun 9 və ya 10-da Tiranada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

 
Tarix: 18 İyun [17:15]
Oxunub: 45 dəfə
Müəllif: Aut.az

"Polislərlə dil tapmaq çətinləşib, futbolçuları tanımırlar" - MÜSAHİBƏ

Aut.az

“Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik” - "Partizani"nin futbolçusu

Aut.az

“Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

Aut.az

“Bakı-Təbriz-Ərzurum”

Aut.az

“Sumqayıt” Türkiyədən hücumçu gətirir

Aut.az

Yunanıstanlı müdafiəçi “Zirə”də

Aut.az

"Qarabağ"da mərakeşli futbolçu - RƏSMİ

Aut.az

Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

Aut.az

“Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

Aut.az

"Neftçi"nin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat aldı

Aut.az