Prokuror “Neftçi”nin məşqçisinə 8 il həbs cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 
Prosesdə dövlət ittihamçısı çıxış edərək, E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
Zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov prokurorun az cəza istədiyini deyərək etiraz edib. Çıxış zamanı təqsirləndirilən şəxslə vəkil arasında mübahisə yaranıb, hakim tərəflərə xəbərdarlıq edib. 
Zərərçəkmişin digər vəkili də cəzanı yüngül hesab etdiyini deyərək, daha ağır cəza verilməsini istəyib. 
Müdafiə tərəfinin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər. Prosesdən sonra "Xocalı" idman klubunun üzvləri məhkəmənin qarşısında toplaşaraq, Ehram Məcidova azadlıq tələb ediblər. 
Ehram Məcidov qayınatasını - 1953-cü il təvəllüdlü Bəhruz Dilbazini döyməkdə ittiham edilir. 
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Tarix: 18 İyun [17:00]
Oxunub: 47 dəfə
Müəllif: Aut.az

Rəhimov istefa verdi

Aut.az

İndi də anası meydana çıxdı - FOTOLAR

Aut.az

Məşhur idmançı həmkarına təcavüz etdi - FOTO

aut.az

Aslan qətlə görə həbs olundu

Aut.az

Argentina millisinin baş məşqçisi postunda qaldı

Aut.az

Ukraynalı hücumçu Azərbaycan millisindən ayrılıb

Aut.az

Masallı klubunun futbolçuları "Beşiktaş" və "Şaxtyor"da

Aut.az

İlham Əliyev idmançıları təltif etdi

Aut.az

Prezident İlham Zəkiyevi mükafatlandırdı - FOTO

Aut.az

Azərbaycanlı idmançıya 48 aylıq cəza!

Aut.az