“Parni iz Baku”dan futbol sistemimizə tərs şapalaq - VİDEO

“Bakılı oğlanlar” (“Parni iz Baku”) şən və hazırcavablar klubu Azərbaycanın hazırkı futbol sistemi və milli komandanın durumunu yumoristik formada tənqid edən çarx hazırlayıb.
Çarxda klubun üzvü Tahir İmanov jurnalist kimi Bakıda “açılan” “Krossovka piri”ndən reportaj hazırlayır.
 
“Azərbaycan futbolu özünün yaxşı günlərini yaşamır. Milli komanda yalnız Antarktidaya uduzmayıb. Bununla əlaqədar Azərbaycanın paytaxtı Bakıda “Krossovka piri” adlı ziyarətgah açılıb” – deyə T.İmanov bu sözlərlə “reportaja” başlayır.
Bu zaman o, şərti adı Baxruddin Baxruddinov (Bəhram Bağırzadə) olan pir sahibi ilə müsahibə etməyə başlayır. Müsahibədə Bəhram əlindəki krossovkanı göstərərək deyir:“Bu, böyük Azərbaycan futbolçusu Anatoli Banişevskinin krossovkasıdır. Mən bunu 1966-cı ildən qara gün üçün saxlamışam. Bu gün Azərbaycan futbolunun qara günüdür”.
Daha sonra Baxruddin Baxruddinov futbolumuzun uğur qazanması üçün “futbolçuları” “krossovka”nın altından keçməyə çağırır və əlavə edir: “Adə, Ponomaryovun şortikini gətir”.

 
 
Tarix: 18 İyun [15:15]
Oxunub: 102 dəfə
Müəllif: Aut.az

İbrahimoviçdən het-trik - VİDEO

Aut.az

"Qalatasaray"dan maraqlı transfer təqdimatı - VİDEO

Aut.az

“Səbail” Rumıniyada belə məğlub oldu - VİDEO

Aut.az

“Neftçi”dən Avroliqada 6 cavabsız qol - VİDEO

Aut.az

Nazarov Bundesliqa klubuna qol vurdu - VİDEO

Aut.az

"Qarabağ" – "Partizani" 2:0 - VİDEO

Aut.az

“Qarabağ” yeni transferini göstərdi - VİDEO

Aut.az

İdmançıların olduğu təyyarə qəzaya uğradı: çox sayda ölü var - VİDEO

Aut.az

Azərbaycanlı rəqqasə onu öpmək istəyən futbolçunu sillələdi - VİDEO

Aut.az

İlin simulyasiyası - VİDEO

Aut.az