“Neftçi” və “Səbail” Avroliqadakı rəqibini gözləyir - BU GÜN

Bu gün futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Püşkatmada Azərbaycan təmsilçiləri – “Neftçi” və “Səbail”in də ilk rəqibləri bilinəcək. Paytaxt klubları səpələnmişlər səbətində yer aldığından, nisbətən zəif komandalardan biri ilə üz-üzə gələcək. Püşkatma mərasimi saat 17:30-da start götürəcək.

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

“Neftçi”nin rəqibi bu 5 komandadan biri olacaq:

“Hibernians” (Malta)
“Rujomberok” (Slovakiya)
“Akademiya Pandev” (Makedoniya)
“Speranta” (Moldova)
“Zeta” (Monteneqro)

“Səbail” isə aşağıdakı 6 klubdan biri ilə rəqib olacaq:

“Universitatya Krayova” (Rumıniya)
“Balzan” (Malta)
“Laçi” (Albaniya)
“Şkupi” (Makedoniya)
“Petrokub-Hinçesti” (Moldova)
“Narva Trans” (Estoniya)

Avroliqadakı digər təmsilçimiz – Azərbaycan kubokunun qalibi “Qəbələ” isə mübarizəyə 2-ci mərhələdən başlayacaq. İkinci təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq.

 
Tarix: 18 İyun [12:20]
Oxunub: 36 dəfə
Müəllif: Aut.az

"Polislərlə dil tapmaq çətinləşib, futbolçuları tanımırlar" - MÜSAHİBƏ

Aut.az

“Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik” - "Partizani"nin futbolçusu

Aut.az

“Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

Aut.az

“Bakı-Təbriz-Ərzurum”

Aut.az

“Sumqayıt” Türkiyədən hücumçu gətirir

Aut.az

Yunanıstanlı müdafiəçi “Zirə”də

Aut.az

"Qarabağ"da mərakeşli futbolçu - RƏSMİ

Aut.az

Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

Aut.az

“Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

Aut.az

"Neftçi"nin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat aldı

Aut.az