“Neftçi” ilə “Səbail”in rəqibi sabah bilinəcək – Avropa Liqası

Sabah Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq. Azərbaycan təmsilçiləri – “Neftçi” və “Səbail”in də rəqibləri bilinəcək.
 
Paytaxt klubları səpələnmişlər səbətində yer aldığından nisbətən zəif komandalardan biri ilə üz-üzə gələcək.
 
Hazırda “Neftçi” və “Səbail”in 38 potensial rəqibi bəllidi. Onlara ilkin mərhələnin 7 cütünü də aid etmək olar.
 
I təsnifat mərhələsinin oyunları 11-18 iyul tarixlərində keçiriləcək.
 
“Neftçi” və “Səbail”in potensial rəqibləri: “Dunayska Streda”, “Rujomberok” (hər ikisi Slovakiya), “B-36 Torsxavn” (Farer adaları), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), “Debretsen”, “Honved” (hər ikisi Macarıstan), “Milsami”, “Petrokub”, “Speranta” (hamısı Moldova), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Qzira Yunayted”, “Baltzan”, “Hibernian” (hamısı Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Şkupi”, “Akademiya Pandev”, “Makedoniya Qerçe” (hamısı Şimali Makedoniya), “Şiroki Briyeq”, “Radnik” (hər ikisi Bosniya və Herseqovina), “Konnax`s Kuey” (Uels), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva), “Universitatea” (Rumıniya), “Mura” (Sloveniya), “Teuta”, “Laçi” (hər ikisi Albaniya), “Yenneş” (Lüksemburq), “Zeta”, “Titoqrad” (Monteneqro), ilkin mərhələnin 7 qalibi.
 
İlkin mərhələnin isə artıq püşkü atılıb. 27 iyun  və 4 iyul tarixlərində baş tutacaq görüşlərdən sonra 7 qalib məlum olacaq:
 
“Proqres” (Lüksemburq) – “Kardiff MU” (Uels)
“La Fiorita” (San-Marino) – “Enqordani” (Andorra)
“Sent-Julia” (Andorra) – “Europa” (Cəbəllütariq)
“Ballimena Yunayted” (Şimali İrlandiya) – “Runavik” (Farer adaları)
“Priştina” (Kosovo) – “Sent-Jozef” (Cəbəllütariq)
“Klaksvik” (Farer adaları) – “Tre Fiori” (San-Marino)
“Barri Taun” (Uels) – “Kliftonvill” (Şimali İrlandiya)
 
Avropa Liqasında II təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. Azərbaycan Kubokunun qalibi “Qəbələ” mübarizəyə məhz bu raunddan başlayacq.
Tarix: 17 İyun [18:20]
Oxunub: 26 dəfə
Müəllif: Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sumqayıt"ın bütün rəqibləri müəyyənləşdi

Aut.az

Tahir Süleymanov: "Xırda bir təxribat böyük fəlakətlərə yol aça bilər"

Aut.az

"Qəbələ"yə qarşı 8 legionerlə...

Aut.az

"Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

Aut.az

"Şüvəlan" fəaliyyətini dayandırdı

Aut.az

"Dandolk" "Qarabağ"la oyunlar üçün 22 futbolçu sifariş etdi - SİYAHI

Aut.az

“Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti məlum oldu SİYAHI

Aut.az

“Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

Aut.az

"Sabah" Təmkini şərtlə bağışlayıb

Aut.az