İsayevə görə Rəfiyev danlandı

Riad Rəfiyev tutarlı qulaqburma alıb. AFFA-nın baş katibi Elxan Məmmədov hər işə buyurduğu kadrını möhkəm danlayıb.
 
Milli komandanın Slovakiya ilə son oyununda baş məşqçi Nikola Yurçeviçi saymayan, onun göstərişinə məhəl qoymayaraq meydana çıxmayan Aleksey İsayevə görə “Sumqayıt”ın prezidentinə “ən xoş sözlər” deyilib.
 
Rəfiyevin sayəsində milliləşdirilən, yığmada oynamadan pasport alan bu rusiyalı ölkəmizdən getməyə hazırlaşır. Riad onun həm meneceri, həm də oynadığı klubun rəhbəridi. Danlaq almasının da səbəbi budur. Belə ki, İsayevin ərköyünlüyünə mane olmayan menecer-prezident AFFA-nı tənqidlərlə baş-başa qoyub.
 
Amma bu qulaqburmanı çox da ciddiyə almayın. Milli komandanı biznes alətlərinə çevirən bu cütlük indiyədək o qədər işlər görüb ki, bir kiçik qəzayla neçə ildi davam edən şərikliyi pozmayacaqlar.(futbolinfo)
Tarix: 17 İyun [17:40]
Oxunub: 40 dəfə
Müəllif: Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sumqayıt"ın bütün rəqibləri müəyyənləşdi

Aut.az

Tahir Süleymanov: "Xırda bir təxribat böyük fəlakətlərə yol aça bilər"

Aut.az

"Qəbələ"yə qarşı 8 legionerlə...

Aut.az

"Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

Aut.az

"Şüvəlan" fəaliyyətini dayandırdı

Aut.az

"Dandolk" "Qarabağ"la oyunlar üçün 22 futbolçu sifariş etdi - SİYAHI

Aut.az

“Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti məlum oldu SİYAHI

Aut.az

“Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

Aut.az

"Sabah" Təmkini şərtlə bağışlayıb

Aut.az