ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov   telekanalın jurnalisti İlkin Xəlilovun və  “ATV xəbər”in baş redaktoru Vaqif Aydınoğlunun işdən çıxarılması iddialarına münasibət bildirib. 

Azər Xəlilov açıqlamasında bildirib ki, yayılan informasiya yanlışdır:

“İlkin Xəlilov işinin başındadır. Ona təzyiq etməmişik. Yayılan informasiya həqiqətə uyğun deyil. Bilmirəm belə “informasiya” niyə yayılır? Bunu kim yayırsa, ondan da soruşun! Rəsmi şəkildə bəyan edirəm ki, İlkin işindən uzaqlaşdırılmayıb. Siz mənə aid olan sualı verdiniz! Mən də bəyan edirəm ki, sizin eşitdiyiniz məlumat düzgün deyil. Eynisi Vaqif Aydınoğluya da aiddir. O da işinin başındadır”. (“unikal.org”)

Sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilova gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı reportaja görə təzyiq göstərilməsi ilə bağlı məlumat yayılıb. Telejurnalist öz reportajında Lixtenşteynin gənclər yığmasına tarixində ilk qələbəni hədiyyə edən milli komandanı tənqid edib.

Tarix: 17 İyun [13:20]
Oxunub: 72 dəfə
Müəllif: Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sumqayıt"ın bütün rəqibləri müəyyənləşdi

Aut.az

Tahir Süleymanov: "Xırda bir təxribat böyük fəlakətlərə yol aça bilər"

Aut.az

"Qəbələ"yə qarşı 8 legionerlə...

Aut.az

"Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

Aut.az

"Şüvəlan" fəaliyyətini dayandırdı

Aut.az

"Dandolk" "Qarabağ"la oyunlar üçün 22 futbolçu sifariş etdi - SİYAHI

Aut.az

“Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti məlum oldu SİYAHI

Aut.az

“Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

Aut.az

"Sabah" Təmkini şərtlə bağışlayıb

Aut.az