Nazir yenidən federasiya prezidenti seçildi

Azərbaycan Badminton Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.
Konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri,idmançı və məşqçi heyəti iştirak edib. Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edən Çingiz Hüseynzadə ötən 4 il ərzində AzərbaycanBadminton Federasiyasının kifayət qədər tərəqqietdiyini bildirib. MOK-un vitse-prezidenti xüsusilə badminton üzrə beynəlxalq turnirin Bakıda keçirilməsinin bu idman növünün gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. O, badmintonçumuz Ezmi Qovimuramadhoninin II Avropa Oyunlarında iştirakının artıq böyük nəticə olduğunu qeyd edib.Konfrans nümayəndələrini salamlayan Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov 4 il öncə ona göstərilən etimada görə Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib.
Federasiya prezidenti Azərbaycan Badminton ailəsininbir üzvü kimi böyük fəxr hissi iləqeyd edib ki, son 4 il ərzində dövlət başçısının dəstəyi ilə bu sahədəmüəyyən irəliləyişə nail olunubO, əldə olunan nəticələrdə, bu idman növünün ölkəmizdəpopulyarlaşmasındaMilli Olimpiya KomitəsiGənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin rolunu xüsusivurğulayıb. Mikayıl Cabbarov badmintonçularımızın beynəlxalq yarışlarda qazandığı medallarıInternational Challenge seriyalı turnirin Bakıda keçirilməsibadmintonçumuz Ezmi Qovimuramadhoninin Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanması,bu idman növünün kütləviliyi istiqamətində atılan addımlar və əldə olunan nailiyyətləri son 4 ilin ən böyük və uğurlu nəticəsi kimi dəyərləndirib. Federasiya prezidenti eyni zamanda bu idman növünün ən mürəkkəb dövründə belə, sevdiyi peşəyə sadiqlik nümayiş etdirən məşqçi və idmançı heyətinə təşəkkür edib.
Konfransda Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayevin hesabatı dinlənilib.Azərbaycan Badminton Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib.Konfrans nümayəndələri Mikayıl Cabbarovu növbəti 4 il müddəti Azərbaycan Badminton Federasiyası prezidenti vəzifəsinə seçiblər.Hesabat-seçki konfransında keçirilən səsverməyə əsasən Mirzə OrucovEmin ZeynalovBalakişi Qasımov növbəti 4 il müddətin vitse-prezident,Nəsimi Musayev isə baş katib vəzifəsini icra edəcək.
Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu nazir Azad Rəhimovun adından Mikayıl Cabbarovu yenidən Azərbaycan Badminton Federasiyasınınprezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib və ona ləcək fəaliyyətində uğurlar arzu edib. Konfransın sonunda gündəlikdə duran cari məsələlər müzakirə olunub. İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Gələcək üçün hədəflər müəyyənləşdirilib.
Tarix: 16 İyun [16:00]
Oxunub: 33 dəfə
Müəllif: Aut.az

Dünyanın ən varlı idmançısı Həbibə yalvarır

Aut.az

Gürcüstan idmançılarına Dağlıq Qarabağda keçiriləcək “turnir”də iştirakı qadağan etdi

Aut.az

Rafael Ağayevə qiymətli hədiyyə - FOTO

Aut.az

Günün oyunları – TV

Aut.az

"Partizani" müdafiə olunmaqdan həzz alırdı" - Qurban Qurbanov

Aut.az

36 yaşlı dünya çempionu öldü

Aut.az

Bakıda peşəkar voleybolçunu öldürən şəxslə bağlı qərar

Aut.az

Günün oyunları – TV

Aut.az

Dünya çempionu öldü

Aut.az

Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarımızın sayı açıqlandı

Aut.az