Millinin biabırçı məğlubiyyətini tənqid edən ATV-nin tanınmış jurnalisti təzyiqlə üzləşib - VİDEO

Bir neçə gün öncə futbol üzrə yığma komandamızın cırtdan dövlət Lixtenşteynə biabırçı şəkildə uduzması AFFA rəhbərliyinin və futboçularımızın deyil, "Azad Azərbaycan" telekanalının idman departamentinin rəhbəri İlkin Xəlilovun başında çatlayıb.  
Belə ki, Moderator.az-a daxil olan məlumata görə, təkcə futbol azarkeşlərimzi deyil, bütövlükdə cəmiyyətimizi xəyal qırıqlığına uğradan milli komandamızın biabırçı məğlubiyyəti haqqında haqlı olaraq tənqidi süjet hazırlayan İlkin Xəlilov kimi peşəkar idman jurnalistini gözümçıxdıya salıblar.  
Görünür, AFFA rəhbərliyi onun kal armuddan betər kəsərli arqumentlərini həzm edə bilmədiyindən çıxış yolunu "qara məni basınca mən qaranı basım" məntiqində görərək furbolda bacara bilmədikləri işə - müdafiədən hücuma keçib.  Əldə etdiyimiz məlumata görə 17 ildir ki, adıçəkilən kanalı idman depratmanetinə rəhbərlik edən peşəkar jurnalistə qarşı baş verənlər kanalın əməkdaşlarını da pərt etdib və hətta son günlər yaranmış cansıxıcı durumdan bezən bəzi əməkdaşların kanalla yollarını ayırdığı da bildirilir.   Biz Moderator.az olaraq haqlı şəkildə komandamızı, ona rəhbərlik edənləri ittiham edən İlkin Xəlilovu müdafiə edəcəyik və mediadakı bütün dostlarımızı da həmrəyliyə səsləyirik.
Ümid edirik ki, ATV kanalının rəhbərliyi də öz əməkdaşını kənar qüvvələrin yersiz hücumundan qorumağı bacaracaq və İlkin Xəlilov kimi peşəkarın xəyal qırıqlığına uğramasına imkan verməyəcək.

Tarix: 16 İyun [15:40]
Oxunub: 91 dəfə
Müəllif: Aut.az

Nazarov Bundesliqa klubuna qol vurdu - VİDEO

Aut.az

"Qarabağ" – "Partizani" 2:0 - VİDEO

Aut.az

“Qarabağ” yeni transferini göstərdi - VİDEO

Aut.az

İdmançıların olduğu təyyarə qəzaya uğradı: çox sayda ölü var - VİDEO

Aut.az

Azərbaycanlı rəqqasə onu öpmək istəyən futbolçunu sillələdi - VİDEO

Aut.az

İlin simulyasiyası - VİDEO

Aut.az

Ansi Aqolli elə bir qol vurdu ki.... VİDEO

Aut.az

Tribunada Türkiyə bayrağını görüb aldı - Azərbaycanlı çempiondan jest - VİDEO

Aut.az

"Fiorentina"dan 21 cavabsız qol - VİDEO

Aut.az

DÇ-2019: ABŞ yarımfinalda - VİDEO

Aut.az