Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

Tovuzlu azarkeşlər AFFA-nın bu rayonda açmaq istədiyi futbol akademiyası ilə bağlı işlərin yubanmasından narahatdı. “Turan Tovuz”un uzun fasilədən sonra Premyer Liqaya qayıtmasının vaxtının çatmasını düşünən fanatlar klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevdən də şikayətçidi.
 
“Sportinfo”ya müraciət edən fanatlar narahatlığını dilə gətirib: “Oqtay müəllim deyirdi ki, akademiya sentyabrda açılacaq. Artıq iyunun ortasıdı, hələ daşı daş üstünə qoymayıblar. O gün Abdullayevin açıqlamasını oxuyuruq, deyir ki, maliyyə ayrılıb. Pul verilibsə, niyə işə başlamırlar? Akademiya qurmaq balaca iş deyil ki, onu iki-üç aya hazırlayasan. AFFA yaxşı bir klub yaratmaq istəyirsə, Oqtay Abdullayevi “Turan”dan uzaqlaşdırmalıdılar. Ondan əvvəlki rəhbərlik daha çox can yandırırdı. Abdullayevə görə nə qədər futbolçu futbolu atıb. Təzə gələndə tovuzlu futbolçulardan nə qədər maaş aldığını soruşurmuş. Deyiblər ki, 150-200 manat. O da cavab verib ki, nə danışırsız, futbolçu da 150-200 manat maaş alar, mən bu pula futbol oynamaram. Vəd veribmiş ki, narahat olmayın, hamınızın pulunu qaldıracam. Üstündən bir az keçdi, o uşaqların bir çoxunu klubdan uzaqlaşdırdı, qalanlarının da pulunu aşağı saldı. Belə rəhbər olar? Yalandan vəd verir, sonra sözünün üstündə durmur. Heç futbolçuları da üzdən tanımır, stadionda ondan-bundan soruşur ki, o kimdi, bu kimdi. Abdullayevi burda özünü qeyri-ciddi adam kimi tanıdıb, ona inamımız qalmayıb”.
 
Maraqlıdı ki, Gəncədə də narazılıq var. Amma burada konkret hədəf AFFA-dı. “Futbolinfo”ya danışan bu şəhərin fanatları qurumun baş katibi Elxan Məmmədovun yalançı vədlərindən bezib: “Gəncədə ehtiyat meydança hələ də quraşdırılmayıb. Süni örtük stadion ərazisindədi və illərdi gün, yağış altında qalaraq xarab olur. Məmmədov vəd vermişdi ki, tender keçiriləcək və həmin qazon ehtiyat meydançaya döşənəcək. Üstündən aylar keçib, hələ xəbər yoxdu. Tender elan olunmayıb, amma heç tenderə də gərək yoxdu. Onsuz da axırda şəxsi şirkətlərinə tapşıracaqlar. Nə edirlər-etsinlər, təki işə başlasınlar”.
 
Eyni hal “Keşlə”ni də narahat edir. “ASK Arena”nın əsas meydançasının süni örtüyünün dəyişdirilməsi prosesi indiyədək başlamalıydı. Lakin iyun yarılanıb, AFFA isə burada heç bir iş görməyib.
Tarix: 16 İyun [12:40]
Oxunub: 94 dəfə
Müəllif: Aut.az

Aslan Kərimov: "Bunu fikirləşəndə, mənə qorxulu gəlir"

Aut.az

Matçın adamı - SADIQOV

Aut.az

"Qarabağ"ı izləmişəm" - "Dundalk"ın baş məşqçisi

Aut.az

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - Gözlənilməz zəng

Aut.az

Rəşad Sadıqov "Qarabağ"da 80-ə çatdı

Aut.az

“Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

Aut.az

"Həyatını bir peşəyə sərf edib, sonra da kağız parçası kimi..." - Quliyev

Aut.az

Çempionlar Liqası: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri

Aut.az

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Aut.az

"Sumqayıt" loqosunu dəyişdi - FOTO

Aut.az