Ponomaryovla B planı

Aylardı susan İqor Ponomaryov danışırsa, hətta 3 gün ərzində xüsusiən rusdilli saytlara 2 (!) müsahibə verirsə, deməli, ortada nə isə var. Söhbət sadəcə, danışmaqdan getmir, olimpiya çempionu sağ göstərib, sol vurur.
 
Vaxtilə Azərbaycanı qaçqın kimi tərk edən, “bu ölkədə rusları sıxışdırırlar” deyə yalançı fəryad edib, İsveçdə sığınacaq alan Ponomaryov sonradan “bağışlandı”. Fuad Musayev onu milli komandaya baş məşqçi təyin etdi, ardınca “Qarabağ” və “Xəzər Lənkəran”da işlədi. Və gördü ki, Azərbaycanda nəinki rusları sıxmırlar, əksinə, bu dildə danışanlar daha böyük imtiyazlara malikdi.
 
Zaman keçdi, Ponomaryovun məşqçi kimi güclü olmadığı aydınlaşdı. Amma hələ də ölkəmizdə sayğıyla anılır, fəxri ad alıb, müxtəlif futbol tədbirlərində önə çıxarılır. Yuxarı dairələrdə də hörmət sahibidi. “Neftçi”dəki oyunu ilə xatırlanır, olimpiya çempionu olması da əlavə bonusdu. Bu səbəbdən bəzən yanlış danışanda da, sözləri qəbul edilir.
 
Və bu şəxs indi danışmağa başlayıb, açıqlamaları da çox maraqlıdı. Elə danışır ki, sanli Amerika kəşf edib. Halbuki onun dediklərini mətbuat illərdi yazır, azarkeşlər fəryad edir, mütəxəssislər deyir. Və Ponomaryov indi ayılıb.
 
Situasiyadan gözəl yararlanır, azarkeşlərin ürəyindən keçəni deyir, AFFA-nı tənqid edir. STOP! AFFA-nı yox, futboldakı strategiyanı, idarəetməni, əsasən də Rövnəq Abdullayevi. Bütün pərdəarxası oyunlara baxmayaraq, AFFA prezidenti bu şəxsin futbol təsərrüfatına soxulmasına imkan verməyib. Düz də edib – bacarığı da bəllidi, keçmişi də.
 
Amma Ponomaryov rusdillilərin sevimlisidi axı. Vitze-prezident Elşad Nəsirov onun birbaşa hamisidi. Elə kartlar da burada açılır.
 
Milli komandanın son oyununda azarkeşlərin məlum istefa şüarları yuxarıları silkələyib. Futbolda islahatlar qaçılmazdı. Güman ki, Avro-2020-nin final mərhələsi bitənə kimi ciddi dəyişikliklər görəcəyik. 12 ildi futbola milyardlar xərclənib. İndi dağıdılan maliyyəni kiminsə boynuna yıxmaq, boşa verilən zamanın səbəkarını tapmaq, inkişafa əngəl olan birini müəyyənləşdirmək lazımdı. Kimsə qurban getməlidi, əks halda, hamı postundan olacaq.
 
İlk hədəf Elxan Məmmədovdu. İstər futbol ictimaiyyəti, istər azarkeşlər, istərsə də jurnalistlər məhz baş katibin əsas günahkar olduğunu görür və bəyan edir. Bu şəxs isə həm SOCAR-ın, həm də AFFA-nın vitse-prezidenti olan Nəsirovun əsas adamıdı. Onun vurulması dəstənin darmadağın olması deməkdi. Bu səbəbdən B planı işə salınıb, Ponomaryov danışdırılır. Yuxarılarda hörmət sahibi olan veteran futbolçunun AFFA-nı tənqid etməsi də buna görədi.
 
Ponomaryovun istifadə etdiyi cümlələrə diqqət etsəz, mənzərə aydınlaşar. Ölkədə yeni futbolçuların yetişmədiyini, müstəqil klubların olmadığını, millidə irəliləyiş hiss edilmədiyini və s. aşkar dilə gətirir.
 
AFFA prezidenti kimdir? Rövnəq Abdullayev. Və Nəsirov bütün bu narazılıqların birbaşa AFFA prezidentindən olduğunu məruzə edəcək, hazırda qovluqların hazırlanması prosesi gedir. Zərbə hədəfi Rövnəq bəyə yönəlir.
 
Nəsirovun istəyi Məmmədovu qorumaq, hətta rəhbərinə xəyanət edən bu şəxsi Abdullayevə xələf etməkdi. Beləcə daha bir neçə il udmağa çalışacaqlar. Futbol monopoliyasını əldən vermək istəmirlər. Çünki buradakı islahatlar yalnız işdənçıxarılma olmayacaq, hesabatı verilməli olan yüzmilyonlar, boşa verilən 12 il var. Elxan bəy bugünədək futbolun yeganə idarəçisi olub, amma rəsmiyyətdə ad başqadı axı...
 
İndi kölgə kabineti azarkeşlərin narazılığını, istefa tələbini dəf edə bilmir, zərbə gücünü axına salıb öz xeyirlərinə istifadə etmək istəyirlər. Özləri yayınıb, onu başqa yerə yönəltmək, hətta bundan da yararlanmaq məqsədi güdürlər. Belədə həm məsuliyyəti boynuna yıxmalı adam olacaq, həm də hakimiyyəti tam ələ almaq mümkünləşəcək.
 
Abdullayevin tənqidlərdən qorunması üçün bircə cəhd görmüsüzmü? Onu faktiki heç kim müdafiə etmir. Əksinə, problemli məsələ ortaya çıxanda, Məmmədov qərarın İcraiyyə Komitəsində verildiyini deyir, yanlış addımları bu qurumun üzvlərinin atdığını sezdirir. Bu həmin komitədi ki, orada başda Rövnəq bəy əyləşir.
 
AFFA prezidentinin mətbuatdan uzaq saxlanması, müsahibə verməsinə imkan yaradılmaması da təsadüf deyil. Özünə bunun qorunması məqsədi ilə edildiyi deyilir, əslində isə mətbuatla komunikasiyasının qarşısı alınır. Jurnalistlərin problemləri çatdırmasına, suallarına cavab almasına süni əngəl törədilir.
 
Əslində, problemlərin böyük ölçüdə Rövnəq bəyə aidiyyatı yoxdur. Bəli, o, qurumun rəhbəridi, məsuliyyət daşımalıdı. Lakin onun üzərində o qədər yük var ki, futbola vaxt ayırması mümkün deyil. Sadəcə, sponsordu, futbola vəsait ayıran qurumun rəhbəridi, ən yüksək şəraiti də yaradır. Nətcə yoxdursa, o da narazı olmalı, külli-ixtiyarı verdiyi Elxan bəyin boğazından yapışmalıdı. Lazım gələndə elə İcraiyyə Komitəsində onunla müqavilə uzadılmamalı, Məmmədov istefaya göndərilməlidi. Amma Abdullayevin futbolda kadrı qalmayıb, hamısı kənarlaşdırılıb, bütün rıçaqlar Nəsirovun və dəstəsinin əlindədi.
 
Bütün narazılıqların kökündə milli komandanın nəticələri dayanır. Bu sahənin kurasiyası birbaşa Nəsirovdadı. Və indi azarkeşlərin narazılığına görə də bu dəstə yola salınmalıdı. Amma B planı məharətlə işlənib, yuxarılara əli çatanlar onu elə təqdim edir ki, əsas yox, dolayısıyla günahkar olan haqda hökm çıxarılacaq.
 
Özünüz fikirləşin: narazılığın həddən artıq olduğu bir dönəmdə Nəsirovun dostu olan Ponomaryov belə müsahibə (özü də ikisini burdən) verməlidimi? Yox, əksinə, malalamalı, ya da susmalıdı. Amma o, odun üstünə benzin tökür. Deməli, bu dəstə də problemin qabarmasında maraqlıdı. Futbolun xilası naminə yox, bizneslərinə mane olan əsas əngəli aradan qaldırmaq üçün.
 
Ponomaryovun missiyası bitdi, indi növbə başqa “qəhrəmanlardadı”. Abdullayevsə hələ də nağıllara inanır.(futbolinfo)
Tarix: 15 İyun [16:20]
Oxunub: 37 dəfə
Müəllif: Aut.az

Aslan Kərimov: "Bunu fikirləşəndə, mənə qorxulu gəlir"

Aut.az

Matçın adamı - SADIQOV

Aut.az

"Qarabağ"ı izləmişəm" - "Dundalk"ın baş məşqçisi

Aut.az

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - Gözlənilməz zəng

Aut.az

Rəşad Sadıqov "Qarabağ"da 80-ə çatdı

Aut.az

“Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

Aut.az

"Həyatını bir peşəyə sərf edib, sonra da kağız parçası kimi..." - Quliyev

Aut.az

Çempionlar Liqası: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri

Aut.az

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Aut.az

"Sumqayıt" loqosunu dəyişdi - FOTO

Aut.az