Nazim Süleymanov: "Elxan Məmmədov məqsədimizi dəstəklədi və öz tövsiyələrini etdi "

Azərbaycan Futbol Federasiyasının baş katibi Elxan Məmmədov öz təşəbbüsü ilə yeni yaranmış Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının təşəbbüs qrupunun bir neçə üzvləri ilə görüş keçirib. Üzvlər arasında ölkəmizin tanınmış veteran futbolçularından Nazim Süleymanov, Səmədağa Şıxlarov, Vidadi Rzayev, Novruz Əzimov, Nadir Şükürov, Babək Alxasov, cənub regionundan Möhsün Tağıyev, keçmiş hakimlərdən Orucəli Durmuşov, Əfqan Həmzəyev, milli komandalarda uzun illər həkim kimi çalışan Boris Xetaqorov, Naib Abdulla və OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev də olub. Görüşlə bağlı yeni təşkilatın təşəbbüs qrupunun rəhbəri, veteran futbolçu Nazim Sülüymanov "olimpsport.az" saytına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.  
Nazim müəllim, görüşün məqsədi nədən ibarət idi?
- Görüş çox səmimi və şəffaf şəkildə keçdi. Əvvəlcə bizi salamlayan baş katib onunla görüşə gəldiyimiz üçün hər birimizə öz təşəkkürünü bildirdi. Daha sonra Elxan müəllim yeni yaranmış təşkilatın işi və məqsədi ilə yaxından tanış olmaq istədiyini bildirdi. Əvvəlcə O vurğuladı ki, Azərbaycanda qanun çərçivəsində istənilən şəxs müxtəlif təşkilat yarada bilər. Baş katib bildirdi ki, əgər bu futbolla bağlıdırsa, ölkənin ali futbol qurumu olan AFFA ya müraciət olunmalıdır. O, indiyə qədər futbol sahəsində həmkarlar ittifaqının olmadığını dilə gətirdi və bildirdi ki, çox gözəl təşəbbüsdür və biz də ali futbol qurumu olaraq öz maraqlarımıza uyğun şəkildə dəstək verməyə hazırıq. Mən də təşəbbüs qrupunun rəhbəri kimi Elxan müəllimə gələcək fəaliyyətimiz və məqsədimiz haqqında qısa məlumat verdim. Sağolsun Elxan Məmmədov məqsədimizi dəstəklədi və öz tövsiyələrini etdi. Hətta, Elxan müəllim Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının hüquqi qaydada qeydiyyatdan keçməsi üçün lazımi sənədləri tez bir zamanda toplayıb, AFFA ya təqdim etməyimizi tövsiyə etdi. O, sənədləri topladıqdan sonra rəhbərliyə təqdim edəcəyini söz verdi və razılıq əldə olunan kimi Gənclər və İdman Nazirliyinə də müraciət edəcəklərini bildirdi.
- Görüşün nəticəsi sizi qane etdimi?  
-İlkin mərhələ kimi bəli. Yenə təkrar edirəm ki, ən azı Elxan müəllim bizi çox səmimi və isti münasibətlərlə qarşıladı. O, bir daha şahid oldu ki, bizim niyyətimiz, məqsədimiz ancaq fitbolumuzun inkişafı üçündür. Hətta görüş zamanı o, bizim bəzi üzvlərin şəxsi problemləri ilə maraqlandı və kömək etmək niyyətində olduğunu vurğuladı. Eyni zamanda Səmədağa Şıxlarovun AFFA-dan, Boris Xetaqorovun, Vidadi Rzayevin, Yunis Hüseynovun, Novruz Əzimovun və mənim "Neftçi" dən təqaüd almağımız üçün ərizə ilə müraciət etməyi tövsiyə etdi və buna görə köməklik edəcəyini söz verdi. Sözsüz ki, məqsədimizin həyata keçməsində AFFA-nın da öz şərtləri olacaq. Hesab edirəm ki, bu şərtlər bizim də maraqlarımıza uyğun olacaq. Çünki hamımızın məqsədi Azərbaycan futbolunu inkişaf etdirməkdir.
Tarix: 15 İyun [15:00]
Oxunub: 80 dəfə
Müəllif: Aut.az

Aslan Kərimov: "Bunu fikirləşəndə, mənə qorxulu gəlir"

Aut.az

Matçın adamı - SADIQOV

Aut.az

"Qarabağ"ı izləmişəm" - "Dundalk"ın baş məşqçisi

Aut.az

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - Gözlənilməz zəng

Aut.az

Rəşad Sadıqov "Qarabağ"da 80-ə çatdı

Aut.az

“Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

Aut.az

"Həyatını bir peşəyə sərf edib, sonra da kağız parçası kimi..." - Quliyev

Aut.az

Çempionlar Liqası: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri

Aut.az

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Aut.az

"Sumqayıt" loqosunu dəyişdi - FOTO

Aut.az