“Udineze”dən “Konyaspor”a

Türkiyənin “Konyaspor” klubu bu yay ilk transferini həyata keçirib.

Super Liqa təmsilçisi bosniyalı hücumçu Riad Bayiçlə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Konya təmsilçisi 25 yaşlı hücumçunu İtaliyanın “Udineze” klubundan 1 illik icarəyə götürüb. Mövsümün sonunda Türkiyə klubu Bosniya və Herseqovina yığmasında da forma geyinən futbolçunun transfer hüquqlarını almaq şansı əldə edib.

Bayiç “Konyaspor”da 10 nömrəli formanı geyinəcək.

Yeri gəlmişkən, bu, onun Konya klubuna ikinci gəlişidi. Ölkəsinin “Jelezniçar” klubunun yetirməsi olan Bayiç ilk dəfə məhz 2015-ci ildə bu komandada legioner həyatı yaşamağa başlayıb. 2017-ci ildə isə o, “Udineze”yə transfer olunub. İtaliyada çox forma şansı qazana bilmədiyi üçün o, geridə qalan mövsümü Türkiyənin “Başakşəhər” klubunda icarədə keçirib.

 

Tarix: 15 İyun [13:50]
Oxunub: 37 dəfə
Müəllif: Aut.az

İranda qadınların stadiona girməsinə icazə verildi

Aut.az

20 yaşlı futbolçu öldürüldü

Aut.az

Atletiko”dan 8-ci transfer - RƏSMİ

Aut.az

Lion “Olimpik”ini “Renn”ə dəyişdi

Aut.az

PSJ-dən “Leyptsiq”ə

Aut.az

Paytaxt klubunda iki yeni futbolçu

Aut.az

30 yaşlı futbolçu qəfil öldü

Aut.az

"Arsenal"dan 40 milyonluq transfer

Aut.az

“Nitsa”dan PSV-yə

Aut.az

Yolante Kabau türkləri qəzəbləndirdi: "Qorxulu anlar yaşadım"

Aut.az