İrmatov vitse-prezident oldu, bizdə isə kresloları “mütəxəssislər” zəbt edib

FİFA referisi Ravşan İrmatov Özbəkistan Futbol Federasiyasının birinci vitse-prezidenti təyin olunub. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, bu gün İcraiyyə Komitəsinin iclası baş tutub və tədbirdə qurumun vitse-prezidentləri – Ümid Əhmədcanov, Polad Babacanov və Şerzod Taşmatov vəzifələrindən istefa veriblər. Onların istefası qəbul olunub.
 
İK-nın digər qərarı ilə Ravşan İrmatov və daxili işlər nazirinin müavini Muhiddin Jurayev müvəqqəti olaraq Özbəkistan Futbol Federasiyasının vitse-prezidenti təyin olunub.
 
41 yaşlı İrmatov dünya çempionatlarının final mərhələsində 11 oyun idarə edib ki, bu da futbol hakimləri arasında rekord hesab olunur. Özbəkistanlı hakim DÇ-2010-da 5, DÇ-2014-də 4, DÇ-2018-də 2 oyunun baş hakimi olub.
 
Göründüyü kimi, bəyənmədiyimiz Özbəkistanda da futbolun idarəçiliyi mütəxəssislərə, bu sahədə əziyyət çəkmiş peşəkarlara tapşırılır. Bizdə isə Rauf Əliyev, Elşad Nəsirov, Elxan Məmmədov illərdi postları zəbt ediblər və futbolumuzun durumu da bəllidi.
Tarix: 15 İyun [13:10]
Oxunub: 70 dəfə
Müəllif: Aut.az

İranda qadınların stadiona girməsinə icazə verildi

Aut.az

20 yaşlı futbolçu öldürüldü

Aut.az

Atletiko”dan 8-ci transfer - RƏSMİ

Aut.az

Lion “Olimpik”ini “Renn”ə dəyişdi

Aut.az

PSJ-dən “Leyptsiq”ə

Aut.az

Paytaxt klubunda iki yeni futbolçu

Aut.az

30 yaşlı futbolçu qəfil öldü

Aut.az

"Arsenal"dan 40 milyonluq transfer

Aut.az

“Nitsa”dan PSV-yə

Aut.az

Yolante Kabau türkləri qəzəbləndirdi: "Qorxulu anlar yaşadım"

Aut.az