Qubada stadion tikiləcək

"Qubanın təsdiq olunmuş yeni baş planına əsasən, rayonda futbol stadionunun tikilməsi planlaşdırılır. Həmçinin 72 hektar təsərrüfat sahəsinin təyinatı dəyişdirilərək həyətyanı torpaq üçün nəzərdə tutulub".
Bunu "Report"a Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Murad Xeyrullayev deyib.
"Qudyal çayı sahilində 41 hektar ərazidə istirahət parkının salınması nəzərdə tutulub. Şəhərin Heydər Əliyev prospektində və Qudyal çayının sahilində istismar müddətini başa vurmuş həyətyanı evlərin sökülərək yerində yeni yaşayış evlərinin tikintisi planlaşdırılır. Quba şəhərində 2 yaşayış massivi var: "Dəvədabanı" və "Qəçrəş yolu". Buradakı küçələr genişləndirilir və abadlaşdırılır. Ümumilikdə, şəhər və ətrafında abadlaşdırma və yaşıllaşdırma işləri aparılacaq", - M.Xeyrullayev əlavə edib.
Qeyd edək ki, Nazirlər Kabineti Quba şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Quba şəhərinin Baş planı”nı təsdiq edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Tarix: 13 İyun [16:45]
Oxunub: 31 dəfə
Müəllif: Aut.az

İlham Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı

Aut.az

Prokuror “Neftçi”nin məşqçisinə 8 il həbs cəza istədi

Aut.az

Ağayev yeni qurum yaratdı

Aut.az

Azərbaycanlı əfsanəvi futbolçunun həyat yoldaşını maşınla vuraraq öldürdü - FOTO

Aut.az

Millinin 17 yaşlı üzvü ölü tapıldı

Aut.az

Salyanda keçmiş SSRİ çempionu özünü asdı

Aut.az

Azərbaycanda məcburi köçkün futbol mərcində 427 min dollar pul uduzub

Aut.az

Nazir yenidən federasiya prezidenti seçildi

Aut.az

Gəncədə idmançının oğlunu 1 manata görə öldürdülər

Aut.az

Rusiyalı çempion ABŞ-da güllələndi

Aut.az