400 manatlıq mühafizəçilər və slovaklar üçün 12-ci oyunçu

AFFA buna da əl atdı. Azarkeşlərin gözlənilən istefa şüarlarının, onların narazılığının qarşısını almaq üçün üsullar fikirləşən qurum, futbol adına addımlarla seçilmək əvəzinə, iyrənc üsullardan yararlandı.
 
İlk olaraq dünənki Azərbaycan – Slovakiya oyununda mərkəz sektorlar qonaq azarkeşlərə hədiyyə edildi. Həmişə qapıarxası sektorlarda, oyuna təsir etmə imkanlarının məhdud olduğu tribunalarda yerləşdirilən fanatlar bu dəfə mərkəzdə əyləşdirildi. Halbuki 3 gün öncə macar azarkeşlər bir küncə qısdırılmışdı. Bu dəfə isə yerli azarkeşləri kompaktlıqdan kənar tutmaq üçün slovaklar xüsusi qonaqpərvərlik gördü.
 
Əslində, təkcə bu fakta görə AFFA-nı hər cür tənqid etmək lazımdı. Evinin ən yaxşısını rəqibə hədiyyə verənlər sabah ölkəni də, torpağı da, bayrağ da satar, düşmənə təhvil verər. Hələ bəlkə də illər sonra bəzilərinin bu illər ərzində ocaq başında əyləşib, başqa işlərlə məşğul olduğu üzə çıxacaq. Hələliksə onlar futbol məmurudu və Azərbaycan insanına bu cür ögeylik göstərir, qonağın/rəqibin ayağına verirlər. Biabırçı məğlubiyyətin bir səbəbi də bu idi – Slovakiya yığması evindəymiş kimi oynadı, 12-ci oyunçunu arxasına alıb, parlaq qələbə qazandı.
 
Azarkeşlərə qarşı edilən digər hörmətsizlik isə onların qovulması oldu. İstefa şüarı səsləndirən bir qrup insan matçın gedişindəcə stadiondan çıxarıldı. Öncə onların polislər olduğu ehtiml edilsə də, sonradan bəlli oldu ki, fanatları xüsusi gətirilmiş, mülki geyimdə olan mühafizəçilər tribunadan sıxışdırıb.
 
Bu şəxslərin oyuna cəlb olunması ssenarisi də maraqlıdı. AFFA məmurları bunun üçün 100 min manata yaxın xərc çəkib və 200-dən çox belə mühafizəçinin xidmətinə ehtiyac duyub. Bir matça görə hərəsi 400 manat alan muzdlular istefa şüarı səsləndirənləri sakitcə (xüsusilə də fasilədə) stadiondan çıxarıb. Fanatlar bu idmançılarla mübahisə etməyin faydasız olduğunu anladığından, münaqişəyə girməyərək əmrə tabe olublar.
 
Və bu dəstəni “Keşlə”nin rəhbəri, futzal federasiyasının prezidenti, nəhayət, İcraiyyə Komitəsinin üzvü olan Zaur Axundov təşkil edib. O, istefa şüarlarının qarşısını almaq üçün rəhbərlərinə bu cür xidmət göstərib.
 
Ən maraqlısı odur ki, bütün bunlardan polisin, dolayısı ilə güc strukturlarının xəbəri olmayıb. Xalqı dövlətə qarşı yönəldən bu insanlar haqda ölçü götürüləcəyini gözləyirik. Bu özbaşınalıq artıq həddi keçməkdi.(futbolinfo)
 
Tarix: 12 İyun [14:20]
Oxunub: 38 dəfə
Müəllif: Aut.az

"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan qovdurdu - FOTOLAR

Aut.az

Azərbaycanlı menecer macar futbolçuları izləyəcək

Aut.az

Qanalı futbolçu "Neftçala"nı xatırladı

Aut.az

UEFA-dan Bakıya 70 nəfər gəldi

Aut.az

“Qəbələ”dən “Sumqayıt”a

Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az