"Günah keçisi"nin yanlış axtarışı, yaxud kimi aldadırıq?

Jurnalistikanın üç əsas funksiyası var - xəbərləmə, maarifləndirmə və əyləncə. Bunlardan əsas olanı xəbərdir. Media cəmiyyəti informasiya ilə təmin edəndir. Məlumatlandırmada baza rolunu isə fakt oynayır. Tirajlanan informasiya fakta söykənməlidir. Lakin...

Çox vaxt fakt məsələsini qarışdırırıq. Jurnalistin işi faktı göstərməkdir. Lakin  burda o, üçüncü tərəfdir - nəql edəndir. Əksər hallarda faktın bu formasını istintaq işi tipli faktla səhv salırlar. Məsələn, jurnalist "məlumatlı mənbə" imkanından istifadə edərək tirajladığı xəbərə görə fakt baxımdan da məsuliyyətli bilinir. Yəni xəbərdə ortaya qoyulan iddianın faktoloji sübutu...

Halbuki bu, medianın funksionallığı çərçivəsində deyil, hakimiyyətin üçüncü qolu - məhkəmə hakimiyyətinə aid imkandır. İstintaq işi nəticəsində əldə edilən və hazır olan fakt materialı ilə jurnalistin ortaya qoymalı olduğu fakt mahiyyət etibarilə oxşar olsa da, fərqləri çoxdur. 

Jurnalist hər tirajladığı məlumata görə müstəntiq kimi davranmaq imkanı yoxdur deyə, onun faktı əşyayi-dəlil mahiyyətində deyil, yuxarıda qeyd ediyimiz kimi ola bilir.

Bəs fakt faktlığını necə ortaya qoymalıdır?

Bununçün qanuni mexanizm var. Jurnalistin iddiasına şübhə edən tərəf bunu məhkəmə vasitəsiylə ortaya çıxara bilər. 

***

Bir də maarifləndirmə funksiyasının lazımlılığına baxaq. Qeyd etdimiz məlumatlandırma/xəbərləmə funksiyasının davamı, tamamlayıcısı rolunu  oynayan maarifləndirmə jurnalistikanın özək/sütun sistemidir. Sən verdiyin hər informasiyanın izahını məhz bu funksiyanın imkanlarıyla oxucuya çatdırmaq imkanı qazanırsan. Maarifləndirmə funksiyası artıq jurnalisti fərd kimi önə çıxaran əsas vasitədir. O, imzaya çevrilir və cəmiyyətdə fikir formalaşdıran fiqur olur.

Bu funksiyalar doğru və peşkar əsaslarla tətbiq olunsa, onda anlayarıq ki, jurnalistika necə əhəmiyyətli peşədir. Əbəs yerə hakimiyyətin (burda "idarəçiliyin" ifadəsi daha təfsil səslənə bilər - müəl.) dördüncü qolu sayılmayıb ki...

***

Bizim media niyə əksərən ciddi qəbul edilmir? Çünki əsas sütun funksiyaları müstəqil eyil, gücü əyləncə funksiyasına qoyub. Belədə sən çal-oyna cəmiyyəti formalaşdıra bilərsən, keyfiyyəti cəmiyyət yox.

Gələk mövzumuza. Yeri gəlmişkən, publisistin mətndə mövzuya gec girməsi də nöqsandır...

Mövzumuz Azərbaycan milli komandasının son üç oyunda 10 qol buraxıb məğlub olması və bunun qarşılığında bir para qismin bu haqda təhlil (?) yazarkən birbaşa və dolayısıyla məhz bir neçə futbolçunu təqsirkar bilməsidir. Guya bəziləri imkanlarından aşağı çıxış ediblər və s. Bir növ, "günah keçisi" axtarışları. 

Tərkibində yoxlanmamış və təsdiqlənməmiş informasiya olan iddianın heç olmasa, peşəkar izahı/təhlili olmalıdır.  Yoxdur. "Günah keçisi" axtarmaq yolu yanlış seçilib, hörmətli əşhədülər. Axtarışlara "silah-sursatlı" çıxmaq gərəkdir. Bu isə "izah" adlanır. Hər hansı fikrini cəmiyyətə ötürüb, yayılmasını istəyirsənsə, mütləq onu "izahlı" etməlisən. Millinin ardıcıl məğlubiyyətlərinə tək səbəb (?!) kimi bəzi futbolçuların imkanlarından zəif çıxış etməsi göstərilirsə və səbəblər halqası bu arqumentlə qapadılırsa onda fikrin izahı olmalıdır. İzah isə yoxdur... 

Deməli, "günah keçisi" uğursuz seçilib və niyyət cəmiyyəti aldatmaq, fikirləri hədəfdən yayındırmaqdır. Bura medianın funksiyaları pozulur. 

Kiçik haşiyə. Milli komandanın bəzi oyunçularının tam hazır olmaması, əslində, normal hal sayılmalıdır. Çünki çempionat bitib və futbolçlar istirahətə uraxılıb. Bununçün millinin 3 həftəyə yaxın toplanışı oldu. Aha... sual da burdadır. Bəs o boyda toplanış niyə futbolçuların funksional hazırlığını yoluna qoymayıb? Deməli, məşqçilər heyətinin də təqsiri var, eləmi? Elə isə, niyə qeyd edilmir bu? Çünki məqsəd problemi aşkarlayıb, izahlı şəkildə ortaya çıxarmaq deyil, fikirləri azdırmaqdır. 

Kimi azdırırıq? 

Elçin Cəlilov
Tarix: 12 İyun [14:00]
Oxunub: 32 dəfə
Müəllif: Aut.az

Geryenin “Qarabağ”dan qovulmasının - TƏFƏRRÜATI

Aut.az

“Qarabağ” yeni transferini rəsmən açıqladı - FOTOLAR

Aut.az

FİFA referisi Azərbaycandan gedir - Şok qərar

Aut.az

Elxan Məmmədovun yalanı

Aut.az

Esyenin maaşı "Səbail"in büdcəsinə daxil deyil

Aut.az

"Qarabağ" - "Partizani": neçə bilet satılıb?

Aut.az

Latviya klubunda daha bir azərbaycanlı futbolçu

Aut.az

Azərbaycan millisinin iki futbolçusu Rusiya klubunda

Aut.az

“Neftçi”dən “Araz”a

Aut.az

“Qarabağ” “Partizani”yə qarşı - BU GÜN

Aut.az