“O komandanın uğurlarında pay sahibi olan veteranları futbol sahəsindən silmək olmaz” – Nazim Süleymanov

Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri regionlarda görüşlərini davam etdirirlər.  
Növbəti belə görüş Masallı rayonunda futbol ictimaiyyətinin nümayəndələri ilə keçirilib. Görüşdə Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov, veteran futbolçular – Səmədağa Şıxlarov, Samir Ələkbərov və Masallının futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  
Nazim Süleymanovun verdiyi məlumata görə, Masallının futbol ictimaiyyətinə təşkilatın yaranma səbəbləri, məqsəd və məramı, gələcək fəaliyyəti ilə bağlı məlumat verilib:  “Heç kimə sirr deyil ki, Azərbaycan futbolunda Masallının öz izi, dəsti-xətti var. Bu rayonun “Viləş” komandası futbolumuza xeyli istedadlı oyunçular bəxş edib. Çox təəssüf ki, “Viləş” fəaliyyətini dayandırdı. Ancaq o komandanın uğurlarında pay sahibi olan veteranları futbol sahəsindən silmək olmaz. Onların təcrübəsi, dünyagörüşü yeni futbolçu nəslinin yetişdirilməsi üçün olduqca vacib amildir. Həmin şəxslərlə görüşdə təşkilatın fəaliyyətini necə gördükləri ilə bağlı müzakirələr apardıq. Onların təkliflərini dinlədik”.  
Süleymanov bildirib ki, belə veteranların potensialından istifadə etməliyik:  “Çox təəssüf ki, bu gün həmin şəxslər futbol təsərrüfatından uzaq salınıblar. Hansısa bir təşkilat da olmayıb ki, bu insanlar orda təmsil olunub sözlərini deyə bilsinlər, təkliflərini səsləndirsinlər. Bir sözlə, futbolumuzun inkişafı naminə bilik və bacarıqlarını sərf etsinlər.  Masallıda çox səmərəli görüşümüz oldu. Futbol ictimaiyyətinin nümayəndələri həm təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikirlərini bildirdilər, həm də ümumilikdə Azərbaycan futbolunun durumu ilə bağlı müzakirələr apardılar, təkliflərini səsləndirdilər”.  
Süleymanovun dediyinə görə, belə görüşlər davamlı olacaq.
Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin ilk görüşü Gəncədə baş tutmuşdu.(komanda.az)
Tarix: 12 İyun [13:05]
Oxunub: 128 dəfə
Müəllif: Aut.az

Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

Aut.az

"Qarabağ"ın istədiyi futbolçu klubu ilə vidalaşdı

Aut.az

Azərbaycanda 1500 manatlıq ölkə çempionu bəlli oldu

Aut.az

Əfranın karyerası ilə oynayırlar: Rəfiyev sifariş verir, Axundov yerinə yetirir

Aut.az

“Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

Aut.az

“Qarabağ” Türkiyədən məşqçi gətirir

Aut.az

“Qarabağ”da daha bir ispan futbolçu – Rəsmi

Aut.az

“Sumqayıt”da yeni müqavilə

Aut.az

“Mxitaryan bir qəpiklik futbolçu deyil” – Azərbaycanın müdafiə naziri

Aut.az

"Pul yox idi, ailəni dolandıra bilmirdik" - MÜSAHİBƏ

Aut.az