AFFA xain axtarışında: gündəmi dəyişib, iz azdırırlar

AFFA İcraiyyə Komitəsinin dünənki təcili iclasıyla bağlı rəsmi açıqlama yayılıb. Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Slovakiya oyunundan (1:5) sonra 8-ci km stadionunda təşkil olunan tədbirdə biabırçı çıxış müzakirə olunub.
 
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Xorvat çalışdırıcı qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.
 
Maraqlıdı ki, İcraiyyə Komitəsi məsuliyyəti futbolçuların boynuna qoyub. Guya ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər. Bu, oyunçuları bilərəkdən zəif oynamaqda günahkar bilməkdi.
 
AFFA rəhbərliyi hədəf yayındırır. 10 ildən çoxdu ölkə futbolunu məhv edən qurum rəhbərliyi dar məqamda hamını ayağa verir. Ola bilsin, vaxtilə özləri hakimiyyətə gəlmək üçün bu üsuldan istifadə ediblər, bilərəkdən zəif oynanılması hesabına məğlubiyyətlərə nail olublar. Ona görə də indi hamıdan şübhələnirlər.
 
Əslində isə ölkə rəhbərliyini aldatmaq, iz azdırmaq, məsuliyyətdən qaçmaq niyyətri güdürlər. Bəli,komanda zəif oynadı, amma hansısa futbolçular yox, bütün komanda. Və buna görə baş məşqçi məsuliyyət daşıyır. Belə bir şey var idisə, fasilədəcə bütün əvəzləmələrdən istifadə olunmalı, zəif oynayanlar meydandan çıxarılmalıydı. Məşqçinin taktiki savadsızlığını, oyun qura bilməməsini, meydana anormal heyət buraxmasını unudub kimisə günahlandırmaq ayıbdı.
 
Bilərəkdən zəif oynayanlardan danışırıqsa, o zaman siyahının başında Renat Dadaşovla Dmitri Nazarov gəlməlidi. Bu futbolçular Macarıstanla oyundakı zəif çıxışları üzündən dünən ümumiyyətlə, meydana buraxılmamışdı. Əgər həqiqətən belə şübhə var idisə, bütün heyət dəyişilməli idi. Amma bunu da edə bilmirlər, çünki ehtiyat qüvvə yoxdu. İllər boşa verilib, baş büdcənin talanmasına qarışıb, heç kim yetişdirilməyib.
 
Son oyunda meydanda olanlardan 4-ü (Bədavi Hüseynov, Ramil Şeydayev, Anton Krivotsyuk, Riçard Almeyda), ehtiyatda oturanlardan 7-si (Şahruddin Məhəmmədəliyev, Emin Mahmudov, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov, Əli Babayev, Pavel Paşayev) Azərbaycanda yetişməyənlər idi. 23 oyunçudan yarısı kənardan gələndisə və onların da yarısı əsas heyətə layiq deyilsə, sual yaranır: Bəs, bu illər ərzində siz nə iş görmüsüz və ya ehtiyatda oturacaqdılarsa, bu futbolçuları niyə milliləşdirmisiz?
 
AFFA oyun oynayır, iz azdırır, futbolçuların şərəfini şübhə altına salır. Bu isə elə qurum rəsmilərinin özünə şərəf gətirməyəcək və batdıqca batacaqlar. Azarkeşlər kor deyil, onlar kimi istefaya çağırdıqlarını gözəl bilirdilər.
 
Futbolçuların səviyyəsi budur, rəqabət yoxdu, zəif ölkə empionatında oynayırlar və beynəlxalq arenaya çıxanda qüsurları üzə çıxır. Təkcə Ramil Şeydayev oyunu ilə sübut etdi ki, xaricdə çıxış etmək, legioner olmaq tam fərqli bir şeydi və Azərbaycanda istedadlar mühitin bərbadlığı üzündən məhv olur.
 
AFFA komandada xain axtarmaqdansa, öz içinə baxsın. Pərdə arxasında “niyə Rövnəq Abdullayev qala-qala məni istefaya çağırırlar” deyən baş katib Elxan Məmmədovdan başlamaq lazımdı. Futbolu məhv edənlər indi ortaya boş mövzular atırlar, kimlərisə üz-üzə qoyurlar.(futbolinfo)
Tarix: 12 İyun [13:10]
Oxunub: 46 dəfə
Müəllif: Aut.az

Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

Aut.az

"Qarabağ"ın istədiyi futbolçu klubu ilə vidalaşdı

Aut.az

Azərbaycanda 1500 manatlıq ölkə çempionu bəlli oldu

Aut.az

Əfranın karyerası ilə oynayırlar: Rəfiyev sifariş verir, Axundov yerinə yetirir

Aut.az

“Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

Aut.az

“Qarabağ” Türkiyədən məşqçi gətirir

Aut.az

“Qarabağ”da daha bir ispan futbolçu – Rəsmi

Aut.az

“Sumqayıt”da yeni müqavilə

Aut.az

“Mxitaryan bir qəpiklik futbolçu deyil” – Azərbaycanın müdafiə naziri

Aut.az

"Pul yox idi, ailəni dolandıra bilmirdik" - MÜSAHİBƏ

Aut.az