Azarkeş, sənə 1 “5”!

Oyunu boş verin. Bu, illərin üst-üstə qalaqlanan problemlərinin partlamasıdı. Və heç kim bu duruma sevinməsin – gülünc duruma düşən bizik. İşbazlar yığdığını götürüb aradan çıxacaq və ya qovulacaq - Azərbaycan millisi isə bizimdi, əsl azərbaycanlıların.
 
Futbolçuları qınamayın,onların bacardığı budur. Onlar yalnız motivasiya, əzmkarlıq hesabına nəsə edə bilərdilər – bunun üçünsə yaxşı motivatorun olmalıdı, bir də onu tələb edən mühitdə yetişməlisən. Ramil Şeydayevə baxıb, müqayisənizi aparın. Adam 1:5 uduzan komandanın digər oyunçularından cəm halda yaxşı idi. Bilirsiz niyə? Çünki Rusiyada yetişib, orada da oynayır. Onu bizim məşqçilər hazırlamayıb, buradakı başıpozuqluğun qurbanı olmayıb, saf yetişib. Bu səbəbdən istedadı da yerindədi, fiziki gücü də, taktiki savadı da.
 
Nikola Yurçeviçi də qınamayın. Onu təqsirkar bilsəz, hədəfdən yayınarsız. Xorvat baş məşqçi əlindəki materiala uyğun futbol oynadır. Bizim futbol isə bundan ibarətdi. Bəlkə də bir az fərq yaratmaq, daha yaxşı oynamaq olardı. Lakin bu, heç nəyi dəyişməyəcəkdi, sistemimiz çürükdü. Yurçeviç pul qazanmağa gəlib, onun səviyyəsizliyini, milli komandaya layiq olmadığını bütün mətbuat yazırdı, amma AFFA öz bildiyini etdi. İndi buyurub, Nikolanı o posta layiq bilənlər cavab versin.
 
Amma AFFA rəhbərliyini qınayın. 10 ildən çoxdu futbol təsərrüfatını şümlayan, azarkeşlərin hissi üzərində öz biznesini quran bu adamların qovulmaq vaxtı çoxdan çatıb. Avro-2020-nin final mərhələsindən dəm vuran, özünü qorumaq üçün vəd verən bu adamların səriştəsizliyi üzündən milli komanda 3 oyuna xal toplamayıb. Klub futbolu bərbad, millilər xala həsrət, uşaq futbolu darmadağın, bölgələrdə ümumiyyətlə, heç nə yox, kütləvilikdən əsər-əlamət qalmayıb, azarkeşlər tribunalardan küsdürülüb.
 
Və yaxşı ki, azarkeşlər bunu görür. “Yuxarılar”ın görmədiyini və ya onlardan gizlədilənləri fanatlar bu gün istefa şüarları ilə yada saldı. Baş altına yastıq qoyanların, dövlət rəhbərliyi şirin vədlərlə aldadanların əməlləri ifşa olundu. Azarkeşlər stadiona getdi və bu rəhbərliyi istefaya səslədi. Doğrusu, fanatların bu qədər aşkar şəkildə fikirlərini izhar etməsi, narazılığını bildirməsi və dövlət tərəfindən qarşısının alınmaması ölkədə demokratiyanın, azad sözə imkan verilməsinin nümunəsidi. Fasilədə azarkeşləri darmadağın edən, onları bölmələrə göndərtdirən, şüar söyləyənlərin sayını azaldan isə bəzi məmurlardı. AFFA rəhbərləri öz kanalları vasitəsi ilə dövlətə də qarşı çıxdı və bunu etdilər. Beləliklə, həm də xalqı dövlətlə üz-üzə qoydular – öpncə səriştəsizlikləri, ardınca da qoluzorluluqları ilə.(futbolinfo)
 
Fuad Musayevin dönəmindən bu yana azarkeşlər belə etiraz etməmişdi. Artıq bıçağın sümüyə dirəndiyi bəlli oldu. Azarkeşin səsini kəsmək, tribunadan qovmaq yox, onların qidası olan gözəl futbolu vermək lazımdı. Onu isə indiki AFFA verə bilməz. Azarkeş, sənə 1 “5”!
 
Tarix: 12 İyun [12:40]
Oxunub: 58 dəfə
Müəllif: Aut.az

"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan qovdurdu - FOTOLAR

Aut.az

Azərbaycanlı menecer macar futbolçuları izləyəcək

Aut.az

Qanalı futbolçu "Neftçala"nı xatırladı

Aut.az

UEFA-dan Bakıya 70 nəfər gəldi

Aut.az

“Qəbələ”dən “Sumqayıt”a

Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az